...

“Azərbaycanın İntellektual Birİncisi” layihəsinin Dağlıq Şirvan və Şəki-Zaqatala iqtisadi rayonu üzrə qalibləri müəyyənləşib (FOTO)

Cəmiyyət Materials 28 Noyabr 2018 04:59 (UTC +04:00)
“Azərbaycanın İntellektual Birİncisi” layihəsi üçüncü mövsümdür ki, Gənclər və İdman Nazirliyinin dəstəyi və "İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.
“Azərbaycanın İntellektual Birİncisi” layihəsinin Dağlıq Şirvan  və Şəki-Zaqatala iqtisadi rayonu üzrə qalibləri müəyyənləşib (FOTO)

Bakı. Trend:

“Azərbaycanın İntellektual Birİncisi” layihəsi üçüncü mövsümdür ki, Gənclər və İdman Nazirliyinin dəstəyi və "İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.

"İrəli” İctimai Birliyindən Trend-ə verilən məlumata görə, layihə, ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən bir təşəbbüsdür. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.4.7. maddəsində Gənclərin asudə vaxtının səmərəli təşkili üçün intellektual və kompüter oyunları üzrə yerli və beynəlxalq çempionatların keçirilməsi qeyd edilir. Dövlət proqramının alt sənədinə uyğun olaraq “Azərbaycanın İntellektual Birİncisi” layihəsi həyata keçirilir.

Noyabrın 10-da “Azərbaycanın İntellektual Birİncisi” layihəsinin İsmayıllı, Ağsu şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə Dağlıq Şirvan iqtisadi rayonu üzrə zona turniri keçirilib.

Noyabrın 11-də Şəki, Oğuz, Qax, Zaqatala, Balakən, Qəbələ şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə Şəki - Zaqatala iqtisadi rayonu üzrə zona turniri keçirilib.

4 intellektual oyunu ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar-tap", "Vətəni Tanı") əhatə edən layihədə Dağlıq Şirvan iqtisadi rayonu üzrə zona turnirində “Vətəni tanı”, "Xəmsə",“Axtar-tap”,"Nə? Harada? Nə zaman? intellektual oyunlarında İsmayıllı rayonunun gənc intellektualları qalib olublar.

Şəki - Zaqatala iqtisadi rayonu üzrə zona turnirində "Xəmsə", “Vətəni tanı” intellektual oyunlarında Balakən, “Axtar-tap”,"Nə? Harada? Nə zaman? intellektual oyunlarında Oğuz rayonunun gənc intellektualları qalib olublar.

Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.

Gənclərin maarifləndirilməsinə istiqamətlənən və 11 regionda 4 intellektual oyun ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar-tap", "Vətəni Tanı") üzrə baş tutan layihə çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla 70-dən artıq rayondan 1500 gənc iştirak edir. Hər rayon 18 nəfərlik komanda ilə çıxış edir. Layihə çərçivəsində regional turnirlər Sumqayıt, Quba, Tərtər, İsmayıllı, Şəki, Mingəçevir, Şəmkir, Sabirabad, Lənkəran, Naxçıvan MR, Bakı şəhər və rayonlarında inşa olunan Gənclər Evi və Gənclər Mərkəzində keçirilir. Layihə 2 mərhələdən ibarətdir. Əvvəlcə hər iqtisadi rayon üzrə komandaların zona çempionatı, sonra isə final yarışları keçirilir. Bu mərhələdə regional turnirlərdə qalib gələn komandalar final mərhələsində öz şəhərlərini (rayonlarını) təmsil etmək hüququ qazanır.

“Azərbaycanın İntellektual Birİncisi” layihəsinin final mərhələsi Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunub və Bakıda keçiriləcək.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti