...

İntellektual yarışların Aran və Lənkəran-Astara üzrə qalibləri müəyyənləşib (FOTO)

Cəmiyyət Materials 29 Noyabr 2018 02:45 (UTC +04:00)
“İrəli” İctimai Birliyinin keçirdiyi intellektual yarışların Aran və Lənkəran-Astara iqtisadi rayonu üzrə qalibləri müəyyənləşib
İntellektual yarışların Aran və Lənkəran-Astara üzrə qalibləri müəyyənləşib (FOTO)

Bakı. Trend:

“İrəli” İctimai Birliyinin keçirdiyi intellektual yarışların Aran və Lənkəran-Astara iqtisadi rayonu üzrə qalibləri müəyyənləşib.

“İrəli”dən Trend-ə verilən məlumata görə, “Azərbaycanın İntellektual Birİncisi” layihəsi üçüncü mövsümdür ki, Gənclər və İdman Nazirliyinin dəstəyi və "İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir. Layihə, ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən bir təşəbbüsdür. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.4.7. maddəsində Gənclərin asudə vaxtının səmərəli təşkili üçün intellektual və kompüter oyunları üzrə yerli və beynəlxalq çempionatların keçirilməsi qeyd edilir. Dövlət proqramının alt sənədinə uyğun olaraq “Azərbaycanın İntellektual Birİncisi” layihəsi həyata keçirilir.

“Azərbaycanın İntellektual Birİncisi” layihəsinin Sabirabad, İmişli, Kürdəmir, Saatlı, Salyan, Hacıqabul, Şirvan, Neftçala, Beyləqan şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə Aran iqtisadi rayonu üzrə zona turniri Sabirabad rayonunda keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni səslənib və daha sonra Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, Sabirabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənovçıxış edərək layihə iştirakçılarına uğurlar arzulayıblar.

“Azərbaycanın İntellektual Birİncisi” layihəsinin Lənkəran, Astara, Cəlilabad, Lerik, Yardımlı, Biləsuvar şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə Lənkaran-Astara iqtisadi rayonu üzrə zona turniri Lənkəran şəhərində də keçirilib. Dövlət himni səslənib və daha sonra Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Elbəy Fətəliyev, "İrəli" İctimai Birliyinin baş katibi Şahin Rəhmanlı çıxış edərək layihə iştirakçılarına uğurlar arzulayıblar.

4 intellektual oyunu ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar-tap", "Vətəni Tanı") əhatə edən layihədə Aran iqtisadi rayonu üzrə zona turnirində “Vətəni tanı” intellektual oyununda Sabirabad, “Axtar-tap” intellektual oyununda Kürdəmir, "Nə? Harada? Nə zaman? intellektual oyununda Beyləqan, “Xəmsə” intellektual oyununda Şirvan rayonunun gənc intellektualları qalib olublar.

Lənkəran-Astara iqtisadi rayonu üzrə zona turnirində “Vətəni tanı” intellektual oyununda Yardımlı, “Axtar-tap” intellektual oyununda Biləsuvar, "Nə? Harada? Nə zaman?, “Xəmsə” intellektual oyununda Lənkəran şəhərinin gənc intellektualları qalib olublar.

Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.

Gənclərin maarifləndirilməsinə istiqamətlənən və 11 regionda 4 intellektual oyun ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar tap", "Vətəni Tanı") üzrə baş tutan layihə çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla 70-dən artıq rayondan 1500 gənc iştirak edir. Hər rayon 18 nəfərlik komanda ilə çıxış edir. Layihə çərçivəsində regional turnirlər Sumqayıt, Quba, Tərtər, İsmayıllı, Şəki, Mingəçevir, Şəmkir, Sabirabad, Lənkəran, Naxçıvan MR, Bakı şəhər və rayonlarında inşa olunan Gənclər Evi və Gənclər Mərkəzində keçirilir. Layihə 2 mərhələdən ibarətdir. Əvvəlcə hər iqtisadi rayon üzrə komandaların zona çempionatı, sonra isə final yarışları keçirilir. Bu mərhələdə regional turnirlərdə qalib gələn komandalar final mərhələsində öz şəhərlərini (rayonlarını) təmsil etmək hüququ qazanır.

“Azərbaycanın İntellektual Birİncisi” layihəsinin final mərhələsi Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunub və Bakıda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti