...

Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuranlara xüsusi nümunəli attestat veriləcək

Cəmiyyət Materials 4 Dekabr 2018 11:49 (UTC +04:00)
Azərbaycanda ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlara xüsusi nümunəli attestat veriləcək.
Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuranlara xüsusi nümunəli attestat veriləcək

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlara xüsusi nümunəli attestat veriləcək. Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan yeni “Ümumi təhsil haqqında” qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsində qeyd olunur ki, ümumi təhsil haqqında dövlət sənədi növbəti səviyyədə və pillədə təhsili davam etdirmək və ya əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır.

Yeni qanun layihəsinə əsasən, müxtəlif səbəblərdən orta və ya tam orta təhsil səviyyəsini başa vurmayan şəxslərə müəyyən edilmiş qaydada arayış verilir.

Komitə sədri İsa Həbibbəyli bildirib ki, indiyə qədər təhsilini başa vurmayan şəxslər sənəd ala bilmirdilər, lakin yeni qanun layihəsinə əsasən, həmin şəxslərə hansı sinifə qədər təhsil aldığı barədə sənəd veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti