...

BŞTİ-nin müdir müavini vəzifəsinə təyinat olub

Cəmiyyət Materials 28 Dekabr 2018 18:08 (UTC +04:00)
Müdir müavini vəzifəsinə İdarənin İnformasiya təminatı sektorunun müdiri İlhamə Abdullayeva təyin edilib.
BŞTİ-nin müdir müavini vəzifəsinə təyinat olub

Bakı. Samir Əli - Trend:

Təhsil naziri Ceyhun Bayramovun 28 dekabr tarixli əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini vəzifəsinə İdarənin İnformasiya təminatı sektorunun müdiri İlhamə Abdullayeva təyin edilib.

İdarədən Trend-ə verilən məlumata görə, qeyd edək ki, İlhamə Abdullayeva 1977-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Mexanika-riyaziyyat fakültəsində təhsil alıb.

2000 - 2011-ci illərdə Bakı şəhərindəki 285 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi, 2011 - 2014-cü illərdə 261 nömrəli məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini, 2014 - 2015-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Elektron və veb məzmunun inkişafı şöbəsində baş məsləhətçi vəzifələrində çalışıb.

"İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibidir. Tərəqqi medalı ilə təltif olunub.

2015-2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnformasiya təminatı sektorunun müdiri vəzifəsində çalışıb.

Ailəlidir, iki övladı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti