...

Nazir müavini: Bu gün məktəblərdə öz ixtisasını 20-30 faiz bilən müəllimlər var

Cəmiyyət Materials 24 Yanvar 2019 13:40 (UTC +04:00)
Bu gün məktəblərimizdə öz ixtisasını 20-30 faiz bilən müəllimlər var. Bu müəllimlər zamanında, müxtəlif şəraitlərdə təhsil sisteminə daxil olub və indi də çalışırlar.
Nazir müavini: Bu gün məktəblərdə öz ixtisasını 20-30 faiz bilən müəllimlər var

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün məktəblərimizdə öz ixtisasını 20-30 faiz bilən müəllimlər var. Bu müəllimlər zamanında, müxtəlif şəraitlərdə təhsil sisteminə daxil olub və indi də çalışırlar.

Trend-in məlumatına görə, bunu təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, qiymətləndirmədə aşağı nəticə göstərən müəllimlər üçün nazirlik əlavə olaraq ixtisasartırma təlimləri təşkil edib. Aşağı nəticə göstərən müəllimlərin bəziləri təlimlərdə iştirak etdikdən sonra öz nəticəsini həqiqətən yaxşılaşdırıb:

"Elə müəllimlərimiz də var ki, bu gün öz ixtisasları üzrə 0-9 bal arası nəticə göstəriblər. Aralarında da elələri var ki, bu yaşdan sonra onları yenidən hazırlamaq mümkün deyil. Bundan sonraki dövr sertifikatlaşdırma mərhələsidir ki, bu da həmin müəllimlərin öz üzərində ciddi çalışmasını tələb edir. Bununla bağlı bir ajiotaj, narahatçılıq da yaratmaq lazım deyil. Əlbəttə ki, heç bir valideyn istəməz ki, onun övladına savadsız müəllim dərs desin. Bir savadsız müəllimi sistemdən kənarlaşdıranda da, o müəllim harasa şikayət edəndə də, hamı bunu anlayışla qəbul etməlidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti