...

Seysmoloji Xidmət Mərkəzi: Hiss edilməyən yeraltı təkanların qeydə alınması davam edir

Cəmiyyət Materials 6 Fevral 2019 09:15 (UTC +04:00)
Şamaxı, İsmayıllı və Ağsu rayonları ərazisində baş verən zəlzələdən sonra hiss edilməyən yeraltı təkanların qeydə alınması davam edir.
Seysmoloji Xidmət Mərkəzi: Hiss edilməyən yeraltı təkanların qeydə alınması davam edir

Baki. İlhamə İsabalayeva – Trend:

Şamaxı, İsmayıllı və Ağsu rayonları ərazisində baş verən zəlzələdən sonra hiss edilməyən yeraltı təkanların qeydə alınması davam edir.

Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası yanında Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Mərkəzdən bildirilib ki, ilkin məlumatlara əsasən, dünəndən indiyədək 5 zəlzələ qeydə alınlıb. İlkin zəlzələ yerli vaxtla saat 23:19-da Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub.

Sonuncu zəlzələ isə saat 04:25-də Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində qeydə alınıb.

Zəlzələlərdən 3-ü hiss olunub, sonuncu iki zəlzələ isə hiss edilməyib.

Mərkəzdən yeraltı təkanların hazırda davam etdiyi bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti