...

Ağsuda zəlzələdən ziyan çəkən evlərlə bağlı müraciətlərin sayı 603-ə çatdı

Cəmiyyət Materials 12 Fevral 2019 11:44 (UTC +04:00)
Fevralın 5-i gecə saatlarında baş verən zəlzələ nəticəsində Ağsuda ev və obyektlərin ziyan çəkməsi ilə bağlı müraciətlər artmaqdadır.
Ağsuda zəlzələdən ziyan çəkən evlərlə bağlı müraciətlərin sayı 603-ə çatdı

Bakı. Samir Əli - Trend:

Fevralın 5-i gecə saatlarında baş verən zəlzələ nəticəsində Ağsuda ev və obyektlərin ziyan çəkməsi ilə bağlı müraciətlər artmaqdadır.

Bu barədə Trend-ə Ağsu Rayon Fövqəladə Hallar Komissiyasından məlumat verilib.

Məlumata görə, komissiyaya bu günədək 603 müraciət daxil olub. Daxil olan müraciətlərə əsasən 452 evə artıq baxış keçirilib.

Komissiyadan bildirilib ki, hadisə nəticəsində zədələndiyi deyilən evlərin əksəriyyəti rayonun sürüşmə zonasında yerləşir.

Hazırda komissiya tərəfindən araşdırmalar davam etdirilir.

Xatırladaq ki, fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Həmin gün Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Fevralın 9-da və 11-də də Pirqulu stansiyasından 8 və 9 km cənub-qərbdə və qərbdə yeraltı təkanlar baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti