Bakı. Trend:
Rusiyanın Voronej beynəlxalq hava limanı 2019-cu ildə Azərbaycan, Gürcüstan, Qazaxıstan və Tacikistana birbaşa müntəzəm reyslər işə salmağı planlaşdırır.
Trend-in məlumatına görə, bunu hava limanının baş direktoru Aleksandr Beleviç deyib.
O qeyd edib ki, reyslər Voronejdən Bakı, Düşənbə, Tbilisi və Aktauya həyata keçiriləcək.
Bundan başqa, 2020-ci ildə həmin aeroportda Riqa, İstanbul və Dubaya da reyslərin açılması planlaşdırılır.