...

Azərbaycanlı tədqiqatçı Hollandiyada elmi tədqiqatda iştirak edir (FOTO)

Cəmiyyət Materials 28 Fevral 2019 18:48 (UTC +04:00)
Seminarlar yeni tədqiqat layihələrinin, qrantların alınmasının müzakirəsi baxımından da əhəmiyyətli olub.
Azərbaycanlı tədqiqatçı Hollandiyada elmi tədqiqatda iştirak edir (FOTO)

Bakı. Trend:

Qərbi Kaspi Universitetinin Tətbiqi və Təbiət Elmləri Məktəbinin müəllimi, biologiya üzrə fəlsəfə doktoru Elnarə Cəfərova Hollandiyada elmi tədqiqat çərçivəsində seminarlarda iştirak edir.

Universitetdən Trend-ə verilən məlumata görə, Hollandiyanın Leydon şəhərində keçirilən seminarlar PRİDE layihəsi çərçivəsində keçirilir. Layihə Xəzər və Qara dəniz ətrafında olan göllər sisteminin və biotalarının təkamülü və ölümünün tədqiqatını nəzərdə tutur.

Seminarlar yeni tədqiqat layihələrinin, qrantların alınmasının müzakirəsi baxımından da əhəmiyyətli olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti