...

DYP: Dövlət atributunun nəqliyyat vasitəsinin üzərinə yapışdırılması yolverilməzdir

Cəmiyyət Materials 6 Aprel 2019 14:55 (UTC +04:00)
Bu, Dövlət gerbi haqqında əsasnamə ilə ziddiyət təşkil edir.
DYP: Dövlət atributunun nəqliyyat vasitəsinin üzərinə yapışdırılması yolverilməzdir

Bakı. Samir Əli - Trend:

Son zamanlar avtomobillərin ban şüşələrinə dövlət gerbinin yapışdırılması halları tez-tez müşahidə olunur ki, bu da Azərbaycan Respublikasının Dövlət gerbi haqqında əsasnamə ilə ziddiyət təşkil edir.

Trend-in məlumatına görə, bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi sürücülərin nəzərinə çatdırır ki, dövlət atributunun hər hansı bir nəqliyyat vasitəsinin üzərinə yapışdırması və bu şəkildə istifadə olunması yolverilməzdir.

Dövlət atributlarının yalnız xüsusi operativ nəqliyyat vasitələrində, dövlət təşkilatlarına məxsus avtomobillərdə istifadəsi mümkündür:

"Dövlət atributlarına hörmətlə yanaşma hər bir Azərbaycan Respublikasının vətəndaşının borcudur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti