...

Çernobıl AES-də baş verən qəzanın 33-cü ildönümü ilə bağlı tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 22 Aprel 2019 17:24 (UTC +04:00)
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Respublikası Çernobıl Əlilləri İttifaqı Birliyinin təşkilatçılığı ilə Çernobıl AES-də baş verən qəzanın 33-cü ildönümü münasibətilə tədbir keçirilib.
Çernobıl AES-də baş verən qəzanın 33-cü ildönümü ilə bağlı tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Çernobıl Əlilləri İttifaqı Birliyinin təşkilatçılığı ilə Çernobıl AES-də baş verən qəzanın 33-cü ildönümü münasibətilə tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Respublika Çernobıl Əliləri İttifaqı Birliyinin sədri Mirhəsən Həsənov, Milli Məclisin deputatları Rauf Əliyev, Çingiz Qənizadə, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni, Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Şahvələd Əliyev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev və başqaları iştirak edib.

Çernobıl Əlilləri İttifaqı Birliyinin sədri Mirhəsən Həsənov, Millət vəkilləri Rauf Əliyev, Çingiz Qənizadə, Səfərbərlik və Hərbi Xidmətə çağrış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Şahvələd Əliyev, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev tədbirdə çıxış ediblər. Çıxış edənlər bu faciənin tarixindən, Azərbaycan vətəndaşlarının bu qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı həyata keçirilən tədbirlərdə fəal iştirak etmələrindən danışıblar.

Qeyd olunub ki, Azərbaycan dövləti tərəfindən Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edənlərə, xüsusilə bu zaman əlil olmuş şəxslərə daim diqqət və qayğı göstərilir. Bu ilin əvvəlində Prezident İlham Əliyevin imzaladığı, əhalinin sosial vəziyyətinin yaxşılaşmasına yönəlmiş Fərman və Sərıncamları bu kateqoriyadan olan şəxslərə də şamil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti