Bakı. İlhamə İsabalayeva - Trend:
Dövlət İmtahan Mərkəzində (DİM) mayın 11-də TOEFL IBT imtahanı keçiriləcək.
DİM-dən Trend-ə verilən məlumata görə, TOEFL IBT imtahanı 2019-cu il mayın 11-də Dövlət İmtahan Mərkəzinin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.
İmtahan saat 09.30-da başlayacaq. İmtahanda iştirak edən şəxslər saat 08.30-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.
TOEFL imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.
TOEFL® imtahanı haqqında ümumi məlumatla tanış olmaq və qeydiyyatdan keçmək üçün http://dim.gov.az/activities/exams/toefl/ linkinə daxil ola bilərsiniz.