Günay Əhmədova: Düzgün qoyulan diaqnoz – müalicənin uğurunun yarısıdır

Günay Əhmədova: Düzgün qoyulan diaqnoz – müalicənin uğurunun yarısıdır

Bakı. Trend:

Ultrasəs müayinəsi (USM) – hazırda çox populyar prosedurdur və maddi cəhətdən əhalinin bütün təbəqələrinə yetərlidir. Müasir dövrdə Ultrasəs müayinəsi tibbdə aparılan əsas müayinə üsullarından biridir. Bu müayinə metodu orqanizmə zərər vurmadan daxili orqanlar və boşluqlar haqqında dəqiq məlumat vermək imkanına malikdir. USM aparatı orqana yönəldilmiş ultrasəs dalğalarının əks olunma tezliyini qeydə almaqla orqanın ölçüsü, forması, exogenliyi və s. barədə informasiya formalaşdıraraq ekranda göstərir.

Yaxşı həkim-sonoloqun hər hansı xəstənin bu və ya digər orqanının vəziyyəti haqqında verdiyi nəticə çox vaxt onun diaqnozunun qoyulmasında həlledici olur.

Ultrasəs müayinəsi diaqnostikası sahəsində yaxşı mütəxəssis olmaq üçün gözəl məkan təxəyyülünə, anatomiya sahəsində ideal biliklərə və inkişaf etmiş kliniki düşüncə tərzinə sahib olması tələb olunur. USM-in nəticələrinə müvafiq olaraq xəstəyə qoyulan düzgün diaqnoz onun düzgün müalicə edilməsinə müsbət təsir göstərir.

Müsahibimiz Mərkəzi Gömrük Hospitalının həkim-sonoloqu (Ultrasəs müayinəsi edən həkimə sonoloq deyilir. Bu söz sonoqrafiya sözündən götürülüb. Sonoqrafiya – ultrasəs dalğalarının köməyi ilə insan orqanizminin qeyri-invaziv tədqiqidir) Günay Əhmədovadır.

Qeyd edək ki, Dr.Günay Əhmədova əmək fəaliyyətinə 2011-ci ildə Mərkəzi Gömrük Hospitalında həkim-sonoloq kimi başlayıb. Günay xanım daim öz üzərində çalışır, dünya tibb elminin nailiyyətlərini izləyir və işində tibbin ən yeni metod və üsullardan istifadə edir. “Düzgün qoyulan diaqnoz – müalicənin uğurunun yarısıdır”, - deyən Dr.Günay Əhmədova işinə daim məsuliyyətlə yanaşır, işlədiyi qısa müddət ərzində xəstələrin və hospitalın kollektivinin hörmətini qazanıb.

- Günay xanım, uzun illərdir siz Mərkəzi Gömrük Hospitalında həkim-sonoloq kimi çalışırsınız. Sizin şəxsi təcrübənizə əsasən ultrasəs müayinələri xəstəyə düzgün diaqnoz qoyulmasına necə təsir edir və nə qədər vacibdir?

- Əlbəttə, USM ilə biz qoyulmuş diaqnozu təsdiq edirik, yəni terapevtlər və cərrahlar xəstənin anamnezinə əsasən ilkin diaqnozunu qoyur və ona əsasən biz onu ultrasəs tətbiq etməklə bu diaqnozun USM-də öz təsdiqini tapdığını və ya tapmadığını görürük. Bir də qoyulmuş diaqnozun təsdiqlənməsində USM-in nəticəsi vacibdir: bura cərrahi xəstəliklər, onkoloji xəstəliklər, kəskin qarın ağrısı şikayətləri ilə gələn xəstələr aiddir. Ultrasəs müayinəsi ilə diaqnoz düzgün qoyulursa, xəstələri müvafiq həkimlərə, şöbələrə istiqamətləndiririk. Onkoloji xəstəliklərdə onkoloqlar USM-ə əsasən müalicə metodlarını dəyişdirə bilirlər. Onlar xəstəliyi təqib etməklə, hansı müalicənin daha keyfiyyətli, əlverişli, müsbət nəticə verdiyini USM-in nəticələri əsasında görürlər. Onkoloji xəstələrdə qeyd olunan strukturdan materialın invaziv üsulla alınıb patohistoloji laboratoriyaya göndərilməsində USM-in bizə göstərdiyi yardım ondan ibarət olur ki, USM aparatının altında iynəni müşayiət edərək, yəni invaziv üsulla həmin o görüntüdən – strukturdan, törəmədən materialı alarkən bir daha əmin oluruq ki, materialı məhz həmin törəmədən aldıq. Bununla da, patohistoloqun işini səhv istiqamətə yönləndirməkdən qoruyuruq. Deməli, bu iş US altında həyata keçirildikdə daha dəqiq olur və biz bir daha əmin oluruq ki, materialı doğru yerdən aldıq. Bizim verdiyimiz diaqnoz həkimlərin işini yüngülləşdirir və xəstələrin maddi dəyəri daha yüksək olan müayinə metodlarına müraciət etməsinə ehtiyac qalmır.

- Sizə daha çox hansı xəstəliklərlə müraciət edirlər?

- USM-nə hər yaşda, həm kiçik yaşlarda, həm də böyüklərdə qarın boşluğunda olan ağrılar zamanı, boyunda ələ gələn şişkinlik, süd vəzilərində ağrılı nahiyə və ya ələ gələn şişkinlik olduqda müraciət edirlər. Biz onları müayinə etdikdən sonra müvafiq uyğun bölmələr, şöbələr üzrə yönləndiririlk. Xəstəliyin diaqnozu cərrahidirsə cərrahlara, müalicə olunandırsa, terapevtlərə göndəririk.

- Hansı xəstəliklər adətən gizli başlayır və ancaq US aparatlarında özünü göstərir?

- Gizli başlayan xəstəliklərdən son 5 ili nəzərə alsaq, daha çox onkoloji xəstəliklər aşkar olunur. Xəstə adətən heç nədən şübhələnmədən rutin bir müayinə üçün müraciət edir. Heç bir ağrısı olmayan xəstələrdə onkoliji xəstəliklər aşkar edirik, bu daha çox yaşlı qruplarda - 25 yaşdan sonra rast gəlinir. Onlarda adətən ələ gələn şişkinlik və qızartı olmur. Heç bir şikayətləri olmayan pasiyentlərdə hər hansı dəyişmiş struktur aşkarkananda biz onlara sonrakı etapları izah edirik.

- Günay xanım, bir sıra xəstəliklər məhz sizin müayinələr sayəsində aşkarlanır. İnsanlara gözləmədikləri xəbərləri verirsiniz. Çətin deyilmi?

- Əlbəttə, çətin olur. Ağır xəstəliklərin uzunmüddətli müalicəyə tabe olan və ya tabe olmayan xəstəlik olacağını demək çətin olur. Etik olaraq xəstə ilə söhbət əsnasında biz bunun onun özünə və ya qohumlarına deyilməsinə qərar veririk. Yenə də, bu məsələdə hər bir xəstəyə individual yanaşmaq lazımdır. Xəstənin psixoloji durumu buna hazırdırmı? Mən həkim kimi tərəfdarıyam ki, hər bir xəstə öz xəstəliyini bilməli, sağalmaq üçün inamlı addımlar atmalıdır. Onlarla söhbət edərkən bəzi misallar gətirərək, başa salırıq ki, bu cür xəstələr çox olub, bir sözlə, onları müalicədən sonra sağalıb normal həyata qayıtmağın mümkünlüyünə inandırırıq.

- Günay xanım, insanlar adətən hər hansı orqanları ağrıyanda, onları narahat edəndə həkimə və ya USM-ə müraciət edirlər. Əslində bu, necə olmalıdır? İnsanlar müntəzəm olaraq müayinədən keçməlidirlərmi? Bu müayinələr arasında fasilələrin müddəti nə qədər olmalıdır?

- Biz daha çox kliniki şikayəti olan xəstələrə rast gəlirik. Çox az hallarda hec bir şikayəti olmadan müayinəyə gələnlər olur. Bəzən də xəstələr ətraflarında kiminsə hər hansı xəstəliyə tutulduğunu görüb təşvişə düşür və müayinədən keçmək üçün bizə müraciət edirlər. Qeyd edim ki, bütün ölkələrdə check-up deyilən müayinələr var. Bu müayinələrdən sonra insanın sağlamlığı haqqında müəyyən məlumat almaq olur. Məsələn, əvvəllər qadınlar müəyyən yaş hədlərində - 35-37 yaşlarında süd vəzisinin müayinəsi üçün bizə gəlirdilər. Yəni belə bir fikir formalaşmışdı ki, 30-35 yaşına qədər süd vəzisinin müayinəsinə getmək lazım deyil. Bu doğru deyil, yanlış yanaşmadır. Hər yaşda süd vəzisinin müayinəsi lazımdır və vacibdir. Şəxsi təcrübəmə əsaslanaraq deyə bilərəm ki, mənim xəstələrim arasında hər yaş qrupundan olan xəstə var. 18, 25, 35-dən yuxarı xəstələr var ki, müayinə zamanı onlarda süd vəzi xərçəngi aşkarlanır. Uşaqlarda ginekoloji müayinələrin edilməsi də vacibdir. Körpə uşaqlarda biz ginekoloji orqanların olub-olmamağını müəyyən etməliyik. Çünki bəzən uşaqları ağrılarla gətirəndə artıq gec olur, biz uşaqlarda olan müxtəlif xəstəliklərlə rastlaşırıq. Mənim fikrimcə, təqibli xəstələrdə müayinələr arasında ən qısa interval 6 ay olmalıdır. Heç olmazsa hər bir vətəndaş özünü ildə 1 dəfə profilaktik müayinə etdirməlidir. Yaxşı olardı ki, sağlamlığı ilə bağlı heç bir şikayəti olmasa da 6 ayda bir dəfə profilaktik olaraq müayinədən keçsin. Məsləhət görərdim ki,qadınlar süd vəzisinin müayinəsindən 37 yaşdan sonra ildə 1 dəfə keçsinlər. Şikayət olduğunda süd vəzi USM müayinəsi hər yaşda aparıla bilər.

- İnsanlar arasında belə bir fikir yayılıb ki, hər hansı aparatdan çox keçmək orqanizmə ziyandır. Bu barədə oxuculara nə deyə bilərsiz?

- USM dünyada tibbdə geniş yayılmış müayinə metodlarından biridir. Son illərdə onun zərərsiz olduğu təsdiqlənmişdir. Ultrasəs aparatının iş prinsipi ultrasəs dalğalarına əsaslanır və bu səs dalğaları orqanlarda fərqli şəkildə görüntülər əks etdirir və biz o görüntülər əsasında diaqnozu qoyuruq. Bu səs dalğaları insan qulağının eşidə bilməyəcəyi dalğalardır. Tibbin bütün sahələrində US müayinəsi, US görüntülənməsi geniş istifadə olunan müayinələr metodudur, zərərsizdir. Hamilələrdən tutmuş yeni doğulmuş körpələrə və hər yaşda olan insan qrupuna tətbiq olunan müayinə metodudur. Zərərli olsaydı, məsələn, hamilə qadınlar hər gün və ya iki gündən bir USM-dən, dopplerdən keçməzdilər. Biz onları ginekoloqlarla bərabər təqibdə saxlayırıq. Zərərli olsaydı biz bunları sözsüz ki, tətbiq etməzdik. Sonda demək istərdim ki, USM bir profilaktik müayinə kimi çox əvəzsiz metoddur. Hamının mütəmadi olaraq USM müayinəsindən keçməyi məsləhətdir.

- Maraqlı müsahibəyə görə sağ olun.

JOCAP "Abşeron" yatağının işlənməsi ilə bağlı son işlər barədə
JOCAP "Abşeron" yatağının işlənməsi ilə bağlı son işlər barədə
"Brent" markalı neftin qiyməti bahalaşıb
"Brent" markalı neftin qiyməti bahalaşıb
TANAP tam gücünə 2022-ci ildə çatacaq
TANAP tam gücünə 2022-ci ildə çatacaq
Loading Bars
Xəbər lenti
Gürcü ziyalılarının iştirakı ilə Kamal Abdullanın 70 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib
Ermənilər Ağdamın kəndində əşyalarını çıxartmaq üçün Azərbaycan hərbçilərindən kömək istəyib (VİDEO)
Pandemiya ilə mübarizədə iştirak edən tibb və qeyri-tibb işçilərinə oktyabr üzrə müddətli əlavələr ödənilib
Dağlıq Qarabağın işğalında iştirak etmiş erməni general ölüb
Çin Aya növbəti missiya göndərib - 2 kiloqram süxur gətirəcək
Coğrafi adlar və alınma sözlərin düzgün yazılışı ilə bağlı standartlar hazırlandı
Ermənistan işğal etdiyi ərazilərdə qədim dini və mədəni irsi tamamilə silməyə çalışıb - Konfessiyaların birgə bəyanatı
Qarsda logistika mərkəzinin istismara veriləcəyi tarix açıqlanıb
Ağdamın azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın nəticəsidir - Rauf Əliyev
Sabahın hava proqnozu açıqlanıb
İki gündə evini tərk edən 50-dən çox koronavirus xəstəsi məsuliyyətə cəlb olunub
Müharibə vaxtı Paşinyanın deputatları ABŞ-a qaçmaq istəyib
Ağdamın böyük potensialı - TƏHLİL
Evini tərk edən daha bir COVİD-19 xəstəsi barədə cinayət işi başlandı (VİDEO)
“PAŞA Həyat”dan şəhid ailələrinə dəstək
AYİB Gəncə üçün Azərbaycana kredit ayırıb
Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Rusiyada bir gündə koronavirusdan 500-ə yaxın ölüm qeydə alınıb
Eksternat imtahanlarının vaxtı bəlli olub
Şəhid polkovnik Babək Səmidli dəfn olunub (FOTO)
Qarabağ Azərbaycanda iqtisadi artımın yeni drayveri olacaq - Vüsal Qasımlı
Milli Məclisin növbəti iclasının vaxtı məlum olub
Polietilen torbalar və plastik stəkanların satışına məhdudiyyət barədə layihə ikinci oxunuşda təsdiqləndi
Təəssüf ki, çox həkimlər süni tənəffüs aparatlarının funksiyalarını yaxşı bilmirlər - TƏBİB
Dövlət qulluqçularının xidməti yeni qaydalarla qiymətləndiriləcək
Azərbaycan nefti bahalaşır
Gəncədə qışa hazırlıq işləri yekunlaşıb (FOTO)
Çində koronavirusa görə 600-dən çox reys təxirə salınıb
Evdə müalicə olunan COVİD xəstələrinin sayı açıqlandı
"Vətən Müharibəsi Qəhrəmanı" adı haqqında əsasnamə ikinci oxunuşda təsdiq edilib
Dövlət səviyyəsində antibiotiklərin reseptsiz satışına sərt nəzarət olmalıdır - Səhiyyə nazirliyi
Milli Məclisdə həmkarlarımız arasında COVID-19-a yoluxanlar var - Spiker
Milli Məclis yeni orden və medallarla bağlı layihəni ikinci oxunuşda təsdiqlədi
Düşmən Azərbaycan mövqelərini bu ərazidən atəşə tuturdu (FOTO)
Milli Məclisin növbəti iclası başlayıb
Azərbaycan Prezidenti: Biz Ağdam şəhərini bərpa edəcəyik
“ASAN xidmət” “500 startups” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb (FOTO)
Azərbaycan Prezidenti: Həmsədr ölkələrinin səfirləri bu məsciddə olublar, niyə məsələ qaldırmayıblar?
Prezident İlham Əliyev: Heç kim narahat olmasın, xüsusilə Qərb dövlətlərinin liderləri
Prezident İlham Əliyev Ağdam məscidinə Məkkədən gətirdiyi “Qurani-Kərim”i bağışlayıb
Bəzi antibiotiklərin reseptsiz satışına qadağa qoyulsun - TƏBİB-dən təklif
Prezident İlham Əliyev: Dəfələrlə səngərlərdə olarkən, fikirləşirdim ki, gün gələcək biz qayıdacağıq
Hazırda süni tənəffüs aparatına qoşulan xəstələrin sayı həddindən çoxdur - TƏBİB
Ermənistanın ədliyyə naziri də istefaya göndərildi
Azərbaycan Prezidenti: Paşinyan bütün müxalifəti tutdurur, qərb də susur, ağzına su alıb
Prezident İlham Əliyev: Paşinyan kimdir, Koçaryan, Sarkisyan, siz diz çökdünüz bizim qabağımızda
Azərbaycan Prezidenti: Dedim, Paşinyan, sən özün bizə tarix verməlisən, özün deməlisən və buna nail oldum
Prezident İlham Əliyev Ağdamın niyə daha tez azad olunmamasının səbəblərini açıqladı
Azərbaycanda koronavirusdan ölüm hallarının çoxalmasının səbəbləri açıqlanıb
Rusiyada müdafiə sənayesi zavodunda partlayış baş verib - Ölən var
Azərbaycan Prezidenti: Meşələrdən, dağlardan keçərək əlbəyaxa döyüşdə düşməni məhv etdik, Şuşanı azad etdik
Prezident İlham Əliyev: Bu gün bir çox inkişaf etmiş ölkələrdə bizim təcrübəmiz öyrənilir
Azərbaycan Prezidenti: Biz heç kimdən asılı deyilik
BQXK Dağlıq Qarabağda missiyasının tərkibini genişləndirəcək
Prezident İlham Əliyev: Lazımi beynəlxalq dəstəyi ala bildik
Prezident İlham Əliyev: Bəzi beynəlxalq təşkilatlar işğalçını öz adı ilə çağırmaq istəmirdilər
Azərbaycan Prezidenti: Münaqişənin həlli üçün lazımi hüquqi baza yaratmasaydıq, bu gün problemlərlə üzləşə bilərdik
Antimikrob dərmanlardan uzunmüddətli istifadə ictimai səhiyyə üçün təhdid yaradır - ÜST
Bakı Dövlət Universitetinin işçi heyətinə də smart Təhsil kartı təqdim edilib
Prezident İlham Əliyev: Əldə edilən qələbə imkan verdi ki, Ağdam rayonu bir güllə atmadan işğaldan azad edilsin
Sabirabadda COVİD-19 xəstəsi karantin postunda saxlanıldı
Braziliyada koronavirusdan ölənlərin sayı 170 minə yaxınlaşır
ABŞ jurnalı Ermənistan-Azərbaycan münaqişəsinin hüquqi aspektləri barədə məqalə dərc edib
JOCAP "Abşeron" yatağının işlənməsi ilə bağlı son işlər barədə
Ya qalib, ya qazi, ya da şəhid olmalıyıq - Şəhid polkovnik Babək Səmidli (VİDEO)
Anama Şuşanı söz vermişdim - Şəhid hərbçi ilə olmayan müsahibə
Türkiyədə qeydiyyata alınmış Azərbaycan şirkətlərinin ümumi kapitalı açıqlanıb
Deputatlar bu gün 6 məsələnin müzakirəsinə toplaşır
Noyabrın 24-də xarici valyutaların manata qarşı məzənnələri
İngiltərə Premyer Liqasında daha 8 nəfər koronavirusa yoluxub
Ağdamdan olan məcburi köçkünlərin say tərkibi dəqiqləşdirilir (ÖZƏL)
Zaqatalada ferma və yük avtomobili yanıb
Qazaxıstanda koronavirusa daha 678 nəfər yoluxub
Yoluxma daha çox iş yerləri və yas mərasimlərində olur - Hande Harmancı
Dünyada koronavirusa yoluxanların sayı 59 milyon nəfəri ötüb
Britaniyada bir gündə koronavirusa 15 450 yoluxma qeydə alınıb
Avropa İttifaqı ölkələrinin liderləri Baydenlə Aİ-ABŞ münasibətlərini müzakirə ediblər
Nikaraquada yük maşını dərəyə aşıb, çox sayda ölən və yaralanan var
Tramp hakimiyyətin Baydenə təhvil verilməsi prosesinin başlanılmasına icazə verib
Fransada ötn sutka koronavirusdan 500 nəfər ölüb
İspaniya Kralı koronavirusa yoluxmuş şəxslə təmasdan sonra karantinə gedir
Zaqatalada yaşayış binasında yanğın olub
Moskvada koronavirusdan daha 76 nəfər ölüb
Türkiyədə koronavirusdan sağalanların sayı 377 mini keçib
ANAMA 31 ədəd mina və partlamamış hərbi sursatı zərərsizləşdirib (FOTO)
BMT Dağlıq Qarabağda minaların təmizlənməsi üzrə missiya yerləşdirəcək
Mətbuat Şurası “WarGonzo” layihəsinin müəllifi ilə bağlı Rusiyanın media ictimaiyyətinə müraciət edib
Fransız deputat: “Bu cür qətnamələr erməni icmasını xoşhal etməkdən o tərəfə keçməyəcək”
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 542 mindən çox artıb
Teymur Rəcəbov "Skilling Open" turnirində Levon Aronyana qalib gəlib
Kanadada 4,8 bal gücüdə zəlzələ olub
Bakıda yük avtomobili yanıb
Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını qaldırdı (FOTO)
Lavrov İordaniyanın XİN rəhbəri ilə Dağlıq Qarabağı müzakirə edib
Qələbə münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
“Neonatologiyada yeniliklər-2020” beynəlxalq konqresi keçirilib (FOTO)
Azərbaycan əhalisi pullarını hansı məhsullara xərcləyir?
Azərbaycanda mobil rabitə operatorlarının gəlirləri açıqlanıb
Ermənistanda daha bir nazir vəzifəsindən azad edilib
Bütün xəbərlər