...

Əlahiddə Ümumqoşun Orduda taqım komandirləri ilə keçirilən komandir hazırlığı məşğələləri yekunlaşıb (FOTO)

Cəmiyyət Materials 19 Avqust 2019 19:38 (UTC +04:00)
“Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən Əlahiddə Ümumqoşun Orduda taqım komandirləri ilə komandir hazırlığı məşğələləri keçirilib.
Əlahiddə Ümumqoşun Orduda taqım komandirləri ilə keçirilən komandir hazırlığı məşğələləri yekunlaşıb (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

“Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən Əlahiddə Ümumqoşun Orduda taqım komandirləri ilə komandir hazırlığı məşğələləri keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, məşğələlərdə əsas məqsəd zabitlərin hərb sənəti üzrə biliklərinin, bölmələrin idarə edilməsi üzrə bacarıqlarının və komandir keyfiyyətlərinin təkmilləşdirilməsi olub. Məşğələlər zamanı taqım komandirlərinin ümumqoşun, ixtisas, fiziki və metodiki hazırlıq səviyyələri yoxlanılıb.

Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində məşğələlərin yekun təhlili aparılan zaman bildirilib ki, məqbullar götürülərkən taqım komandirləri yüksək nəticə göstəriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti