Bakı. Samir Əli - Trend:
Bakıda daha bir yeraltı piyada keçidinin tikintisinə başlanıb.
Bu barədə Trend-ə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
O bildirib ki, piyada keçidi paytaxtın Heydər Əliyev prospektində inşa olunur:
"Uzunluğu 60 metr olan yeraltı keçidin eni 5, hündürlüyü isə 3 metrdir. Hazırda işlərin böyük hissəsi yekunlaşıb. Yaxın günlərdə keçidin 18 metrlik hissəsinin qazıntısı aparılacaq. Keçid yolun altından salınır. Keçidin bir tərəfi prospektlə kəsişən Zəki Məmmədov küçəsinə çıxacaq. Bu isə ən çox yolun həmin hissəsindən gündə bir neçə dəfə keçən piyadaların işini asanlaşdıracaq.
Piyada keçidi bu ilin sonunadək istifadəyə veriləcək".