Bakı. Trend:
Paytaxt Bakının ən spesifik xüsusiyyətə, rəngarəng görünüşə malik yerlərindən biri də dənizkənarı bulvardır. Bura Bakı sakinlərinin, qonaqların, xüsusən də turistlərin ən sevdiyi, əyləndiyi istirahət məkanıdır.
Bulvarın tikintisinə 1909-cu ildə start verilib. Ötən illər ərzində Bulvar ərazisinin forması dəfələrlə dəyişdirilib. Hazırda milli parkın ərazisi köhnə bulvar, yeni bulvar və Ağ şəhər bulvarı olmaqla 3 hissəyə ayrılıb. 1998-ci ildə Milli park statusu alan bulvarın uzunluğu 16 kilometrdir, gələcəkdə 25 kilometrə çatdırılması nəzərdə tutulur...
Trend, Bakının "almaz boyunbağı" kimi də adlandırılan Bakı bulvarından fotoreportajı təqdim edir:
Foto: Zaur Mustafayev