...

Azərbaycanda tələbələrin sayı 21 faiz artıb - Nazir

Cəmiyyət Materials 2 Oktyabr 2019 12:11 (UTC +04:00)
Ötən tədris ili ərzində Azərbaycanda ali təhsil müəssisələrində dövlət sifarişli yerlərin sayı 66 faiz artırılıb.
Azərbaycanda tələbələrin sayı 21 faiz artıb - Nazir

Bakı. Elçin Mehdiyev – Trend:

Ötən tədris ili ərzində Azərbaycanda ali təhsil müəssisələrində dövlət sifarişli yerlərin sayı 66 faiz artırılıb.

Trend-in məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov Azərbaycan Milli Elmlər Akademiyasının akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun yaradılmasının 90 illik yubileyinə həsr olunmuş yığıncaqda deyib.

C.Bayramov bildirib ki, son beş il ərzində Azərbaycanda ali təhsil sistemində təhsil alan tələbələrin sayında 21 faiz artım olub: “Biz ümumilikdə kəmiyyət göstəriciləri barədə danışarkən təbii ki, keyfiyyət göstəricilərini də hər zaman diqqət mərkəzində saxlayırıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti