...

ADU-nun rektoru Elte Universitetinin nümayəndəsi ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 21 Oktyabr 2019 18:15 (UTC +04:00)
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla Macarıstanın ELTE Universitetinin nümayəndəsi Benedek Peri ilə görüşüb.
ADU-nun rektoru Elte Universitetinin nümayəndəsi ilə görüşüb (FOTO)

Bakı. Trend:

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla Macarıstanın ELTE Universitetinin nümayəndəsi Benedek Peri ilə görüşüb.

ADU-dan Trend-ə verilən məlumata görə, rektor Kamal Abdulla qonağı universitetdə görməkdən məmnun olduğunu bildirib. Təhsil ocağının rəhbəri Macarıstan-Azərbaycan arasındakı münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini söyləyib. Rektor, həmçinin Macarıstanın ölkədəki səfirliyi və ADU arasında olan əlaqələrin təhsil sahəsində səmərəli nəticələr verdiyini qeyd edib. Kamal Abdulla 20-yə yaxın dilin tədris olunduğu universitetdə macar dilinin vacibliyindən söz açıb.

Qonaq Benedek Peri səmimi qəbula görə minnətdarlığını bildirib. O, təmsil etdiyi qurum haqqında məlumat verib. B.Peri, öz növbəsində Azərbaycan-Macarıstan arasındakı əlaqələrin inkişafını yüksək qiymətləndirib.

Görüşdə gələcək perspektivlər, iki ölkənin universitetləri arasında əlaqələrin qurulması, “Türkologiya” jurnalının dərc olunması və məqalələri haqqında müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti