“Din və İnsan Hüquqları” mövzusunda konfrans keçirilib

“Din və İnsan Hüquqları” mövzusunda konfrans keçirilib

Bakı. Trend:

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu ilə birgə 31 oktyabr 2019-cu il tarixdə “Din və İnsan Hüquqları” mövzusunda konfrans təşkil edib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, tədbirə qeyd edilmiş qurumlarla yanaşı, Milli Məclisin, dövlət qurumlarının, dini icmaların, ali təhsil müəssisələrinin, QHT və KİV-lərin nümayəndələri iştirak ediblər.

Ombudsman E.Süleymanova tədbirdə çıxış edərək, hər bir şəxsin həyatında, ölkədaxili və ölkələr arası dayanıqlı inkişafda dinlə münasibət faktorunun olduqca böyük rolunu və öz növbəsində dinlə insan hüquqların da əlaqələrinin danılmaz olduğunu vurğulayıb.

O, qeyd edib ki, insan hüquqlarının təməlində duran bərabərlik prinsipi hələ 1918-ci ildə müsəlman şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən bəyan olunmuş və göstərilmişdir ki, dinindən, irqindən və hər hansı başqa əlamətlərindən asılı olmayaraq hər kəsin bərabər hüquqları var və onları heç kəs poza bilməz. Eyni zamanda, qadınlara kişilərlə bərabər seçib-seçilmək hüququ verməklə onların dövlət idarəetməsində, qərar qəbuletmə səviyyəsində iştirakı və nəticədə onların bütün hüquqlarının bərabər imkanlarla təmin olunması üçün imkan yaradılıb.

Həmin prinsipin 30 il sonra BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsində də üzv ölkələrə tövsiyə olunduğu bildirilib.

Müvəkkil habelə Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ölkəmizin bütün sahələrdə ardıcıl, sistemli islahatlar məkanına çevrildiyini, müstəqilliyimizin və suverenliyimizin möhkəmləndiyini, qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunması üçün imkan yarandığını söyləyib. Azərbaycanda heç bir zaman milli, dini və irqi zəmində ayrı-seçkiliyin olmaması da diqqətə çatdırılıb.

Müstəqil respublikamızın 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiyasının 18-ci maddəsində də din və dövlət münasibətlərinin öz əksini tapması, ölkəmizdə dinin dövlətdən ayrı olması, bütün dini etiqadların qanun qarşısında bərabərliyinin təsbit edilməsi haqqında iştirakçılara məlumat verib.

O, həmçinin söyləyib ki, ulu öndər tərəfindən ölkəmizdə yaşayan azsaylı xalqların, müxtəlif dinlərin nümayəndələrinin inkişafına, onların hüquq bərabərliyinə hər zaman xüsusi diqqət yetirilib və yürüdülən siyasət məhz bu prinsiplərə əsaslanıbdır.

E.Süleymanova yaşamaq hüququnun insan hüquqları kontekstində xüsusi yer tutduğunu, dünyada bir tərəfdə terror, müharibə, etnik təmizləmə, insan hüquqlarının, o cümlədən yaşamaq hüququnun kütləvi şəkildə pozulması ilə nəticələnən hadisələrin, digər tərəfdə isə həmin hüquq və azadlıqlarının təmin olunması, humanist dəyərləri özündə birləşdirən tolerantlıq, sülh, dözümlülük və multikulturalizm ideyalarının aşılandığını bildirib.

Azərbaycanın dünyada öz çoxmədəniyyətli və çoxkonfessiyalı mühiti, dövlət-din münasibətlərinin qurulmasının özünəməxsus modeli ilə örnək kimi qəbul olunduğu da ayrıca olaraq vurğulanıb.

Habelə məlumat verilib ki, 30 il davam edən erməni təcavüzü nəticəsində tarixən qədim və əzəli Azərbaycan torpaqları hesabına yaradılmış Ermənistan Respublikasında yüz minlərlə azərbaycanlılardan bir nəfər belə qalmayıb və onlar həmin dövlətin yürütdüyü monoetnik siyasətinin nəticəsi olaraq kütləvi deportasiyaya məruz qalıblar. Buna baxmayaraq, Azərbaycanda bu gün də yaşayan on minlərlə erməni Azərbaycan vətəndaşı kimi bütün konstitusion hüquqlardan faydalanır, millətinə və dininə görə hər hansı bir hüquq pozuntusuna məruz qalmır.

Müvəkkil qeyd edib ki, ötən dövrdə ona ünvanlanmış müraciətlər arasında dini zəmində təqib hallarına, dini etiqad azadlığının pozulması hallarına rast gəlinməmişdir.

Ombudsman bəzi ölkələrin dindən istifadə edərək siyasi manipulyasiyalara yol verdiyini, beynəlxalq insan hüquqları prinsiplərini pozaraq kütləvi şəkildə insan hüquqlarının qəddarlıqla pozulduğunu, islamafobiya və ksenofobiyaya əsaslanaraq dinc əhaliyə qarşı qırğınlar, soyqırımlar törədildiyini bildirib. Buna görə də, dinin fərdi, dövlətdaxili və dövlətlərarası münasibətlərdə həm yaradıcı, həm də dağıdıcı qüvvə kimi istifadə oluna bilməsinin mümkünlüyü nəzərə alınaraq, sülh və barışdırıcı mövqe tutmaqla dinlərin xalqlar və dövlət arasındakı münasibətlərdə körpü rolunu oynamasının zəruriliyini ifadə edib.

O, Prezident İlham Əliyevin siyasətinin ölkəmizdə yeni təşəbbüslərin irəli sürülməsinə və həyata keçirilməsinə yönəldiyini, islam, xristian və iudaizmin dini icmalarının inkişafına, müvafiq məscidlərə, kilsələrə və sinaqoqlara böyük dəstək verilərək, onların təmir olunmasına və maddi təminatlarının yüksəlməsinə hər zaman təşəbbüs göstərildiyini, hər il müvafiq sərəncamlarla dini konfessiyalara maddi dəstəyin ayrıldığını vurğulayıb.

Qeyd edilib ki, Azərbaycan dünyada tanıdılmasında müstəsna xidmətləri olan ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və himayədarlığı ilə Rusiyada Müqəddəs Mələksima Knyaz Vladimirə abidə ucaldılıb, Vatikanda Müqəddəs Marçellinio və Pietro katakombaları, başqa ölkələrdə dini məbədlər bərpa olunub ki, bu da ölkəmizlə müxtəlif dövlətlər və xalqlar arasında dostluq və əməkdaşlıq baxımından yüksək dəyərləndirilir.

E.Süleymanova həmçinin Qafqazda sülhün, sabitliyin və inkişafın bərqərar olunmasına yönəlmiş fəaliyyətdə Şeyxülislam Allahşükür Paşazadənin də xidmətlərinin danılmaz olduğunu və ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini ifadə edib.

O, ölkəmizdə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, beynəlxalq humanitar forumlar, dünya dinləri liderlərinin zirvə görüşü, mədəniyyətlərarası dialoq forumları kimi çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyini, növbəti ayda “Dünya Dini Liderlərinin II Bakı Sammiti”nin təşkil ediləcəyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Həmçinin, bu qəbildən olan sivilizasiyalar və mədəniyyətlər arası dialoq üçün geniş platforma yaradan Bakı Prosesinin də artıq ölkə hüdudlarını aşaraq, BMT-nin qərarı ilə beynəlxalq miqyasda bu adla dəstəkləndiyini xüsusilə qeyd edib.

Müvəkkil ölkəmizin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına, habelə Qoşulmama Hərəkatına sədrlik edəcəyi dövrdə bu qurumların inkişafına və yüksək nəticələrə nail olacağına inandığını söyləyib.

Habelə vurğulanıb ki, multikulturalizm və tolerantlıq Azərbaycanda yalnız dözümlülük deyil, ailələrdə, icmalarda və cəmiyyətdə xoş münasibət və rəftar, qarşılıqlı etimad və birgə yaşam tərzidir və ölkəmizdə sabitlik, dayanıqlı inkişaf üçün etibarlı zəmanətdir.

Qeyd edilən məqsədlərə çatmaq üçün dövlət qurumlarının, habelə Ombudsmanın da öz səlahiyyətləri çərçivəsində həm ölkədaxili, həm də beynəlxalq fəaliyyətində sistemli, ardıcıl iş apardığı, həmin işlərin nəticələrinin müntəzəm olaraq ictimailəşdirildiyi, lakin hələ də bu sahədə birgə səylərlə QHT və KİV-lərlə şəbəkə şəklində geniş əlaqələndirilmiş maarifləndirmə işinin əhalinin bütün qrupları cəlb olunmaqla təşkilinə və təşviqinə yönəlmiş əməkdaşlığın daha da inkişafı üçün böyük potensialımızın gücləndirilməsinin zəruriliyini bildirilib.

Azərbaycanın bank sektorunun kapitallaşması artıb
Azərbaycanın bank sektorunun kapitallaşması artıb
Yanvarda Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı açıqlanıb
Yanvarda Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı açıqlanıb
“Nar” 4G istifadəçilərinin sayı 1 milyonu ötüb (FOTO)
“Nar” 4G istifadəçilərinin sayı 1 milyonu ötüb (FOTO)
Loading Bars
Xəbər lenti
Çində koronavirus qurbanlarının sayı 2715-ə çatıb
Azərbaycanın bank sektorunun kapitallaşması artıb
Türkiyədə güclü zəlzələ baş verib
Disney-in yeni rəhbəri təyin edilib
Türkiyə-İran sərhədində yenidən zəlzələ baş verib
Gənc atletimiz “Minsk U20 International Match” turnirində qızıl medal qazanıb
ABŞ Çin, İraq, Rusiya və Türkiyənin 13 vətəndaşına və şirkətinə sanksiya tətbiq edib
Bakıda yaşayış binasında yanğın olub
Birinci vitse-prezident Mehriban Əliyeva: Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir və yaddaşlarımızdan heç vaxt silinməyəcəkdir (FOTO)
XX əsrin faciəsi: Xocalı soyqırımından 28 il ötür
Bakıda qadın meyiti tapılıb
Suriyada sutka ərzində ikinci partlayış baş verib
AMEA-dakı veteran alimlərin sayı açıqlandı
Parlament seçkiləri ilə bağlı yekun protokol Konstitusiya Məhkəməsinə göndərildi
Parlament seçkiləri Azərbaycan tarixində mühüm bir hadisə oldu – Məzahir Pənahov
Güclü külək Ağdamın bir neçə kəndini işıqsız qoyub
Rəcəb Tayyib Ərdoğan: Xocalı qətliamını törədənləri bir daha şəxsən öz adımdan və millətim adından lənətləyirəm
Türkiyə Prezidenti: Biz Azərbaycanın uğurları ilə fəxr edirik
Prezident İlham Əliyev: Azərbaycan Türkiyədən müasir silahların alınmasını davam etdirəcək
BŞBPİ-də Xocalı qurbanları yad edildi (FOTO)
Prezident İlham Əliyev: Türkiyə dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkədir
Prezident İlham Əliyev: Azərbaycan və Türkiyə arasında əlaqələr strateji xarakter daşıyır, dostluq-qardaşlıq üzərində qurulub
Dövlət Komitəsində “Xocalı - bu olub” tamaşasının nümayişi keçirilib (FOTO)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb (FOTO)
Bir sıra seçki məntəqələrində nəticələr ləğv edilib
Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib (FOTO)
87 məntəqə seçki komissiyası buraxıldı
Azərbaycan BMT İnsan Hüquqları Şurasının iclasında təmsil olunur (FOTO)
MSK parlament seçkilərinin ümumi yekunlarına dair protokolun tərtibinə başlayıb
Yanvarda Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı açıqlanıb
Daha iki məntəqədə səsvermənin nəticələri etibarsız sayıldı
Prezident İlham Əliyev tərəfindən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə ziyafət verilib (FOTO)
MSK lider namizədin müraciətini təmin etmədi
Nərimanov Birinci Seçki Dairəsində 10 məntəqədə nəticələr ləğv edilib
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar videoçarx yerləşdirilib (VİDEO)
Dillər Universitetində Xocalı soyqırımının qurbanları anılıb (FOTO)
İrandan Azərbaycana qayıdan 23 nəfər xəstəxanaya yerləşdirilib
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər (FOTO) (YENİLƏNİB)
“Nar” 4G istifadəçilərinin sayı 1 milyonu ötüb (FOTO)
“E-sosial”ın aktiv istifadəçi sayı 153,6 minə çatıb
Daha 2 məntəqədə seçkilərin nəticələri ləğv edilib
Heydər Əliyev Fondu Rauf Babayevin müalicəsi ilə bağlı məsələləri nəzarətə götürüb
Azərbaycan-Türkiyə sənədləri imzalanıb (FOTO) (YENİLƏNİB)
Külli miqdarda xarici valyutanın ölkədən çıxmasının qarşısı alınıb
Bu gün ən güclü külək Naftalan və Gəncədə əsib
İlk Novruz hədiyyəniz "Azercell"dən olsun!
MSK daha 2 məntəqədə seçkilərin nəticələrini ləğv edib
İranda məşhur aktrisa koronavirusa görə məsuliyyətə cəlb olunub
Sumqayıtda süngər sexi yanıb - Xəsarət alan var
Memarlıq və İnşaat Universitetində Xocalı soyqırımı ilə bağlı anım tədbiri keçirilib (FOTO)
MSK daha 9 məntəqədə nəticələri etibarsız saydı
Fevralın 26-na manatın məzənnəsi
MSK daha bir məntəqədə seçkilərin nəticələrini ləğv edib
Si Cinpin Prezident İlham Əliyevə təşəkkür edib
Bakıda ağac kəsən şirkət cəzalandırıldı
MSK 85 saylı Şamaxı Seçki Dairəsi ilə bağlı şikayəti əsassız saydı
Ekspert Azərbaycanda tibbi maskaların bahalaşmasından danışdı
Binəqədidə mənzildən qadın meyiti tapılıb
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib (YENİLƏNİB)
MSK parlament seçkilərinə yekun vurulması məsələsinə baxır
Prezident İlham Əliyev “Qeyri-formal məşğulluğa nəzarət”lə bağlı fərman imzalayıb
İranın cənubunda zəlzələ oldu
Astaranın baş həkimi BU SƏBƏBƏ görə işdən çıxarılıb
Ali məhkəmənin altı hakimi donuz qripinə yoluxdu - Hindistanda
Aİİ-nin Tələbə Gənclər Təşkilatının üzvləri “Ana harayı” memorial kompleksini ziyarət ediblər (FOTO)
Türkiyə parlamenti Xocalı faciəsinə zəruri qiymət verməyə çağırıb
AZAL xidmət sahəsində yeni texnologiyaya keçib (FOTO)
İranın səhiyyə nazirinin müavini koronavirusa yoluxdu
Assosiasiya rəhbəri: Ərdoğanın Azərbaycana səfəri strateji baxımdan çox vacibdir
Hindistan 2024-cü ilədək ümumdaxili məhsul istehsalının həcmini 5 trilyon dollara çatdırmağı planlaşdırır
Gəncədə qadının bahalı boyunbağısını oğurlayan şəxslər saxlanılıb (FOTO)
Türkiyə İrandan vətəndaşlarının təxliyəsinə başladı
Dövlət Gömrük Komitəsinin sədri və müavini vətəndaşları qəbul edəcəklər
Sahil Babayev İctimai şuranın üzvləri ilə görüşüb (FOTO)
Global Energy Solutions şirkəti BP-dən təhlükəsizlik sahəsindəki nailiyyətlərə görə mükafat almışdır (FOTO)
Hüsnü Mübarək vəfat etdi
Nutrisioloq - diyetoloq kimdir?
PAŞA Bank əməkhaqqı kart sahiblərinə xüsüsi təklif
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub (FOTO) (YENİLƏNİB)
BSU-da Xocalı soyqırımına həsr olunmuş geniş tədbir keçirilib (FOTO)
Biləsuvar sakini narkotik vasitələri satarkən saxlanıldı
Xocalı soyqırımının dünyada tanınması üçün bütün tədbirlər görüləcək - Tural Gəncəliyev
Xəzərdə dalğanın hündürlüyü 2,8 metrə çatıb - FAKTİKİ HAVA
Daha 4 nəfər koronavirus şübhəsi ilə Kliniki Tibbi Mərkəzə yerləşdirildi
Türk Şurası Xocalı soyqırımı qurbanlarının xatirəsini anıb
Güclü külək Gəncədə bəzi fəsadlar törətdi (FOTO)
Tural Gəncəliyev: Xocalı faciəsini törədənlərin beynəlxlaq məhkəməyə cəlb olunmaları üçün əlimizdən gələni edəcəyik
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub (FOTO)
Ağsuda idarə rəisi işdən çıxarıldı - SƏBƏBİ açıqlandı
Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı Misirdə silsilə tədbirlər keçirilib
Azərbaycanla İranla sərhədə mobil səyyar hospital göndərdi (FOTO)
İranda 95 nəfər yeni koronavirusa yoluxub - RƏSMİ
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib (FOTO)
AzTV Novruz bayramı üçün telelayihə hazırlayır (VİDEO)
Gimnastımız Rumıniyada 3 qızıl medal qazanıb
Hərbi prokuror: Xocalı soyqırımı ilə bağlı 4500 nəfərdən çox şəxs dindirilib
Masallıda iki tarixi obyektin bərpası üçün müraciət ünvanlandı
Rabitəbankdan “Made in Azerbaijan” brendinə dəstək! (FOTO)
Beynəlxalq Muğam Mərkəzində şair Məmməd İlqarın yubileyi qeyd edildi (FOTO)
"Atəşgah" Sığorta Şirkətində təhlükəli tullantılar toplandı
Bütün xəbərlər