• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • Cəmiyyət

Ombudsman məcburi köçkünlərin hüquqlarından danışıb (FOTO)

4 Noyabr 2019 15:20 (UTC+04:00)
  • 0
  • 0

Bakı. Trend:

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) təşkilatçılığı ilə “Məcburi köçkünlərə BMT QAK tərəfindən göstərilən köməklik” mövzusunda dəyirmi masa keçirilib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, şəbəkə şəklində məlumatlandırma və əlaqələndirmə işinin genişləndirilməsi məqsədini daşıyan bu toplantıda dövlət qurumları, beynəlxalq təşkilatlar, QHT və KİV nümayəndələri iştirak ediblər.

Ombudsman Elmira Süleymanova, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi Qulam İshaqzai, BMT QAK-ın ölkəmizdəki nümayəndəliyinin rəhbəri Quido Ambroso tədbirdə çıxış edərək, ictimaiyyətin diqqәtinin qaçqın və məcburi köçkünlərin hüquqlarının daha səmərəli müdafiəsinə yönәldilmәsi və bu sahədə inkişafa nail olunması istiqamətində çevik mexanizmlərin icra edilməsi, bu prosesdə iştirakçılığın, əməkdaşlığın və kütləviliyin vacibliyini vurğulayıb.

Müvəkkil tədbirdə çıxış edərək bildirib ki, gələcəyi qurmaq üçün keçmiş vəziyyət unudulmamalıdır. O, 90-cı illərin əvvəllərində 7 rayonumuzun zəbt edilməsi, eyni zamanda etnik təmizləmə nəticəsində 1 milyondan artıq qaçqın və məcburi köçkün insan kütləsinin yaranması, yalnız Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıtmasından və atəşkəsin elan olunmasından sonra bu prosesin dayandırılmasına nail olunduğunu qeyd edib. Həmçinin, vurğulanıb ki, əgər sayı 7 milyarddan çox olan dünya əhalisinin 70 milyon nəfərini, yəni təxminən bir faizini qaçqın və məcburi köçkün təşkil edirsə, 10 milyon əhalisi olan Azərbaycanda bu qəbildən olan şəxslər ölkə əhalisinin on faizini təşkil edir. Praktiki olaraq, belə vəziyyət heç bir ölkədə müşahidə olunmur. Ölkəmizdə bu insanlar öz doğma yurd-yuvalarını hərbi təcavüz və ərazilərimizin işğalı nəticəsində tərk etməyə məcbur olublar. Nəticədə onların demək olar ki, bütün fundamental insan hüquq və azadlıqları pozulub. Bu əhali qrupunun rifahının yaxşılaşdırılmasının və ləyaqətlə, təhlükəsiz şəraitdə öz doğma yurdlarına dönməsinin ölkəmiz üçün prioritet məsələ olduğu vurğulanıb.

Eyni zamanda, Müvəkkil Azərbaycanda qaçqın və məcburi köçkün probleminin xüsusiyyətlərini, qəfil, gözlənilmədən baş verməsini, kütləvi xarakter daşımasını, həmin ağır dövrdə ölkədə iqtisadiyyatın və maddi durumun acınacaqlı vəziyyətdə olmasını, ölkədə qeyri-sabitliyin və pozuntuların hökm sürdüyü vaxtda yaranmasını diqqətə çatdırıb.

Ümumilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə bu il 25 illiyini qeyd etdiyimiz “Əsrin müqaviləsi”nin imzalanması, neftin hasil olunmasından ilk gəlirlərin məcburi köçkünlərin sosial-iqtisadi durumunun yaxşılaşdırılmasına yönəldilməsini tövsiyə etdiyi, eyni zamanda bu kontraktın dövlətə gətirdiyi gəlirlərin iqtisadi, sosial və digər sahələrdə problemlərin həll olunmasına imkan yaratdığı qeyd edilib.

Müvəkkil ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında davam etdirilən bu uğurlu və əhatəli tədbirlərin, ölkədə ardıcıl olaraq hər bir sahəni əhatə etməklə aparılan kompleks sosial-iqtisadi islahatların eyni zamanda insan hüquqları sahəsində ayrı-seçkiliyə yol vermədən bərabər hüquqların təmin olunması üçün geniş imkanlar yaratdığını qeyd edib. O, 2007-ci ildə ölkədə bütün məcburi köçkün çadır düşərgələrinin ləğv edildiyini, orada məskunlaşmış şəxslərin onlar üçün tikilən müasir və tam infrastrukturla təmin olunmuş qəsəbələrə köçürüldüyünü bildirib.

Bu əhali qrupundan olan soydaşlarımızın hüquqlarının etibarlı həyata keçirilməsi və müdafiəsinin, onların ehtiyaclarının ödənilməsinə dair tədbirlərin ölkə başçısı İlham Əliyevin göstərişi və rəhbərliyi altında uğurla həyata keçirildiyi qeyd edilib.

Bildirilib ki, hələ 1998-cı ildə təsdiq edilmiş insan hüquqları üzrə ilk Dövlət Proqramı bu gün də öz qüvvəsini saxlayır, yeni prioritetlərə, çağırışlara cavab olaraq 2006-cı ildə İnsan hüquqları üzrə ilk Milli Fəaliyyət Planı, 2011-ci ildə isə hazırda icrası davam edən ilk Milli Fəaliyyət Proqramı təsdiq edilib. Hər üç strateji sənəd əhalinin hər bir qrupunun, o cümlədən qaçqın və məcburi köçkünlərin insan hüquqlarının sürətlə, sistematik və ardıcıl tərzdə inkişafı üçün yol xəritəsi olub.

Qeyd edilib ki, zəbt olunmuş Azərbaycan ərazilərinin dərhal, tam və qeyd-şərtsiz azad edilməsi, Ermənistanın siyasətinin işğalçı mahiyyəti BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli məlum qətnamələri və beynəlxalq təşkilatların qəbul etdikləri digər çoxsaylı qərar və qətnamələrdə geniş şəkildə öz əksini tapıb. Bu ərazilərin qanunsuz zəbt olunması faktı Avropa Şurası və digər beynəlxalq qurumlar tərəfindən tanınır.

Bildirilib ki, qaçqın və məcburi köçkünlərin sosial ehtiyaclarının ödənilməsi, onların təhsil, sağlamlıq və digər hüquqlarının həyata keçirilməsi məsələsi daim Müvəkkilin diqqətində olmaqla heç bir ayrı-seçkiliyə yol verilmədən bu hüquqların hərtərəfli və səmərəli müdafiəsi, icmalar da cəlb edilməklə dövlət qurumları arasında əlaqələndirmənin gücləndirilməsi ilə bağlı innovativ təşəbbüslər irəli sürülür. Bu istiqamətdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, digər səlahiyyətli qurumlar, habelə QHT-lərlə sıx əməkdaşlıqda fəaliyyət davam etdirilir. Belə ki, onların hüquqlarının təmini vəziyyəti, problemləri, ehtiyacları və müraciətləri araşdırılaraq təhlil edilir, əldə edilmiş nəticələr üzrə qanunvericiliyin təkmilləşdirilməsi, bu sahədə məlumat bazasının keyfiyyət səviyyəsinin artırılması, dövlət siyasətinin ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlərə uyğunlaşdırılması ilə əlaqədar aidiyyəti dövlət qurumlarına ünvanlanan təkliflər tədricən gerçəkləşdirilir.

Eyni zamanda, qeyd edilib ki, beynəlxalq qurumlarla - BMT-nin müxtəlif struktur bölmələri, o cümlədən BMT QAK və UNİCEF-lə səmərəli əməkdaşlıq əlaqələri genişləndirilir, eləcə də, əhalinin bu həssas qrupunun hüquqlarının öyrədilməsi və pozulduğu halda problemlərin aradan qaldırılması yollarının izah edilməsi üzrə davamlı tədbirlər həyata keçirilir. Bu əməkdaşlıq çərçivəsində regionlarda, o cümlədən məcburi köçkünlərin sıx məskunlaşdığı yerlərdə uşaq hüquqlarının təbliği ilə yanaşı uşaq və qadınlara qarşı zorakılığının qarşısının alınması sahəsində də əhatəli maarifləndirmə tədbirləri keçirilib.

Vurğulanıb ki, ötən müddət ərzində Müvəkkilin və onun bu sahə üzrə ixtisaslaşmış müşavirinin qaçqın və məcburi köçkünlərlə müntəzəm görüşləri, onlarla məskunlaşdıqları yerlərdə birbaşa ünsiyyətdə olması, onların qayğı və problemlərinin yerində öyrənilməsi və müvafiq tədbirlərin görülməsi bu qəbildən olan şəxslərin həyatında mühüm əhəmiyyət kəsb edir. Görülmüş tədbirlər nəticəsində onların təhsil, sağlamlıq, məşğulluq hüquqlarının təmini, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün güzəştli kreditlərin verilməsi, özünüməşğulluq proqramına cəlb edilməsi, bəzi yerlərdə əkin üçün torpaq sahələrinin ayrılması, kommunal sahədə müəyyən edilmiş problemlər aradan qaldırılıb.

Xüsusi vurğulanıb ki, Böyük Qayıdışın başlanğıcı olan işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində qısa müddət ərzində ölkə Prezidentinin tapşırığı və nəzarəti altında böyük dağıntılar aradan qaldırılıb, geniş bərpa və inkişaf işləri aparılıb, yaşayış üçün normal şərait yaradılıb. Bu kəndin qısa müddət ərzində tam bərpası başqa zəbt edilmiş ərazilərimizin də azad edildikdən sonra bu yenidənqurma və inkişaf prosesinə qatılacağı, orada normal həyat səviyyəsinin təmin ediləcəyinə inamımızı daha da artırır.

Tədbirin yekununda Müvəkkil birgə monitorinq və qiymətləndirmənin, həmçinin Dayanıqlı İnkişaf Məqsədləri ilə yanaşı “Qaçqınlar üzrə Qlobal Kompakt” və digər beynəlxalq sənədlərin həyata keçirilməsi üzrə geniş tədbirlərin görülməsini təklif edib.

Tədbirdə iştirak edən vətəndaş cəmiyyəti üzvləri mövzuya dair fikir və tövsiyələrini səsləndiriblər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Ombudsman məcburi köçkünlərin hüquqlarından danışıb (FOTO)
  • Ombudsman məcburi köçkünlərin hüquqlarından danışıb (FOTO)
  • Ombudsman məcburi köçkünlərin hüquqlarından danışıb (FOTO)
  • Ombudsman məcburi köçkünlərin hüquqlarından danışıb (FOTO)
  • Məqalədə:
  • məcburi köçkünlər
  • Ombudsman Aparatı
  • Elmira Süleymanova
Digər xəbərlər
Ombudsman Aparatının əməkdaşı BMT-nin Biznes və İnsan Hüquqları üzrə Forumunun sessiyasında iştirak edib
Cəmiyyət 29 Noyabr 00:17
Ombudsmanın nümayəndəsi UNİCEF-in konfransında Dağlıq Qarabağ münaqişəsindən danışıb
Dağlıq Qarabağ Münaqişəsi 28 Noyabr 21:44
Süni intellektin insan hüquqlarına təsiri Brüsseldə keçirilən beynəlxalq konfransda müzakirə edilib
Cəmiyyət 22 Noyabr 21:04
Çoxsaylı boşanmalar uşaqların zorakılığa məruz qalmasının əsas səbəblərindəndir - Ombudsman
Cəmiyyət 21 Noyabr 11:05
Uşaq Hüquqları Aylığı çərçivəsində silsilə tədbirlər təşkil edilir
Cəmiyyət 18 Noyabr 19:06
Liderlik Məktəbində Konstitusiya gününə həsr olunmuş tədbir keçirilib (FOTO)
Cəmiyyət 12 Noyabr 23:05
Xəbər lenti
Kimyəvi məddə daşıyan sisterna aşıb, ölənlər var
Dünya xəbərləri 03:13
İsrail ordusu Qəzza zolağından atılan iki raketi vurub
Dünya xəbərləri 02:11
Türkiyədə 5 PKK terrorçusu zərərsizləşdirilib
Dünya xəbərləri 01:12
Zəncirvari qəzada 11 məktəbli xəsarət aldı
Hadisə 00:15
Kinoloji Mərkəz xidməti itlərin sayını artıracaq (FOTO)
Cəmiyyət 7 Dekabr 23:35
Yeni pilotsuz uçuş aparatı təqdim edildi - Qonşu ölkədə
Dünya xəbərləri 7 Dekabr 23:10
Balıqçılar qəzaya uğradı - 30 ton balıq məhv oldu
Dünya xəbərləri 7 Dekabr 22:33
Mingəçevir Dövlət Universitetində respublika elmi konfransı keçirilib (FOTO)
Cəmiyyət 7 Dekabr 22:02
Deputat: Azərbaycanda əlverişli investisiya mühitinin yaradılması neft sektorundan asılılığı sıfıra endirəcək
Siyasət 7 Dekabr 21:27
Ən çox oxunanlar
Gömrük nəzarəti zamanı fiziki yoxlamalar minimuma endiriləcək - DGK sədri (FOTO)
Gömrük nəzarəti zamanı fiziki yoxlamalar minimuma endiriləcək - DGK sədri (FOTO)
Qətlə yetirilən FHN əməkdaşının atası: Oğlumu öldürən şəxsin biri məsuliyyətdən yayınıb
Bu gün əkilən ağacların sayı 650 mini keçib - ETSN
Ağacəkmə aksiyasında bu rayonlar fərqlənib
Nəzər nöqtəsi
Ermənistan hakimiyyəti bəşəriyyət üçün qorxulu kabus olan faşizmi dəstəkləyir və təbliğ edir - Politoloq

Ermənistan hakimiyyəti bəşəriyyət üçün qorxulu kabus olan faşizmi dəstəkləyir və təbliğ edir - Politoloq

650 mindən çox ağac əkilməsi ilə "Müstəqil Azərbaycan" adlı kitaba daha bir tarix yazıldı (KÖŞƏ)
Almaniyada "mühacir alveri" işinә görә hәbsdәn vә ifadә vermәkdәn yayınmaq üçün özünü dәliliyә vuranlar var - Yafəz Əkrəmoğlu
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri