...

İcra Baş İdarəsinin rəisi: Aliment qərarlarının 10 faizinin icrasında problem yaranır

Cəmiyyət Materials 23 Noyabr 2019 11:10 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Azərbaycanda məhkəmələr tərəfindən çıxarılan aliment qərarlarının 10 faizinin icrasında problemlər yaranır.

Bunu Trend-ə açıqlamasında Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi Nurəddin Mustafayev deyib.

Onun sözlərinə görə, son vaxtlar alimentlə bağlı məhkəmə qərarlarının icrasına nəzarət daha da gücləndirilib: "Hazırda alimentlə bağlı qərarların demək olar ki, 90 faizi icra olunur. Haradasa, 10 faiz qərarlar icra olunmamış qalır. Bu da bizdə narahatlıq doğurur. İcra olunmamanın səbəbləri əsasən borcluların icradan yayınması ilə bağlıdır. Yəni həmin şəxsin ölkə hüdudlarından kənarda olması, axtarışa verilməsi onun alimentdən yayınmasına gətirib çıxarır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti