...

Bibiheybətdə iki gün öncə çatlar əmələ gəlmişdi - AAYDA

Cəmiyyət Materials 25 Noyabr 2019 12:06 (UTC +04:00)
Bakının Səbail rayonu, Bibiheybət qəsəbəsində iki gün öncə çatlar əmələ gəlmişdi.
Bibiheybətdə iki gün öncə çatlar əmələ gəlmişdi - AAYDA

Bakı. Samir Əli - Trend:

Bakının Səbail rayonu, Bibiheybət qəsəbəsində iki gün öncə çatlar əmələ gəlmişdi.

Trend-in məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, qurumun əməkdaşları tərəfindən əraziyə baxış keçirilib və nəzarət altında saxlanılıb: "Ötən gün axşam saatlarından etibarən ərazidə çatların böyüməsi müşahidə edildi və aidiyyəti üzrə məlumat verildi, dərhal ərazidə hərəkətin dayandırılması qərara alındı. Axşam 7-8 radələrində sözügedən ərazidə avtomobillərin hərəkəti tam məhdurlaşdırıldı. Səhərə yaxın, saat 5-6 radələrində bu ərazilərdə çökmə hadisəsi baş verdi".

A.Nəcəfli bildirib ki, Bibiheybət, Bayıl ərazilərində bir neçə sürüşmə nöqtəsi var ki, onlardan biri də bu ərazidən keçir: "İntensiv yağışlar nəticəsində bu ərazidə sürüşmə aktivləşdi və nəticədə belə hadisə baş verdi. Hazırda əməkdaşlarımız və müvafiq qurumların nümayəndələri ərazidədirlər, araşdırılma aparılır. Təmir-bərpa işləri qısamüddətli olmayacaq, bir neçə ay ərazidə işlərin görülməsi nəzərdə tutulur. Sürüşmə, təxminən, 100 metr ərazini əhatə edir: Bir hərəkət zolağında tam olaraq çökmə baş verib, digər hərəkət zolağında da təhlükə var. Buna görə də ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti