...

Azərbaycanda ölüm səviyyəsi azalıb

Cəmiyyət Materials 18 Dekabr 2019 10:45 (UTC +04:00)
2019-cu ilin 10 ayında Azərbaycanda 46403 ölüm halı qeydə alınıb.
Azərbaycanda ölüm səviyyəsi azalıb

Bakı. Elçin Mehdiyev – Trend:

2019-cu ilin 10 ayında Azərbaycanda 46403 ölüm halı qeydə alınıb.

Trend-in məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9-dan 5,6-ya düşüb.

Cari ilin yanvar-oktyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 117 752 doğulan körpə qeydə alınıb.

Ümumilikdə, ilin əvvəlindən Azərbaycan üzrə əhalinin sayı 71688 nəfər və ya 0,7 faiz artaraq 2019-cu il noyabr ayının 1-i vəziyyətinə 10 053 145 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti