...

Agentlik sədri çağırış etdi: Təhlükəli məhsullar barəsində məlumat verin

Cəmiyyət Materials 29 Dekabr 2019 16:56 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli insanları qida təhlükəsizliyinin təmin edilməsində, insan sağlamlığı üçün təhlükəli olan məlumatların verilməsi məsələsində cəmiyyəti aktiv olmağa çağırıb.

Trend-in məlumatına görə, Q.Təhməzli əlavə edib ki, hansısa ünvanda təhlükəli qida ilə bağlı məlumatı olanlar bu barədə Qida Təhlükəsizliyi Agentliyinin “1003 – Çağrı mərkəzi”nə məlumat versinlər:

Q.Təhməzli əlavə edib ki, fəaliyyətində nöqsanlar aşkarlanan müəssisələrin fəaliyyəti ilk andan dayandırılmır:

“Biz əvvəlcə üç aylıq məhdudlaşdırma tətbiq edirik. Əgər qeyd olunan nöqsanlar aradan qaldırılırsa, həmin müəssisə yenidən fəaliyyətini davam etdirir. Müəssisənin fəaliyyəti aşkar olunan nöqsanlar aradan qaldırılana qədər müvəqqəti məhdudlaşdırılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti