...

"Buta Airways"in təyyarəsi Volqoqradda məcburi eniş edib

Cəmiyyət Materials 10 Fevral 2020 13:28 (UTC +04:00)

Bakı. Trend:

Sərnişinlərdən birinin halının pisləşməsi ilə əlaqədar olaraq "Buta Airways"in J2 9817 nömrəli aviareysində hava gəmisinin kapitanı Volqoqrad aeroportunda məcburi eniş etmək qərarı alıb.

Bu barədə "Buta Airways"-dən Trend-ə bildirilib.

Qeyd edilib ki, reys Bakı vaxtı ilə saat 12:49-da Volqoqradda uğurlu eniş edib. Təyyarə Gəncə-Moskva marşrutu üzrə reysi yerinə yetirirdi.

Sərnişinə tibbi kömək göstərildikdən sonra təyyarənin göstərilən marşrut üzrə uçuşu davam etdirəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti