Mərkəzi Gömrük Hospitalında daha bir uğura imza atıldı

Mərkəzi Gömrük Hospitalında daha bir uğura imza atıldı

Bakı. Trend:

Bu günlərdə Mərkəzi Gömrük Hospitalının Orqan Transplantasiyası şöbəsində daha bir uğura imza atılmışdır. Orqan Transplantasiyası şöbəsinin həkimləri canlıdan-canlıya qaraciyər köçürülməsi zamanı icra edilən donor əməliyyatını tam laparoskopik üsulla icra ediblər. Mürəkkəb bir əməliyyatın laparoskopik icra edilməsi Azərbaycan üçün bir ilkdir. İcra edilən əməliyyat və orqan donorları haqqında transplant cərrah Kamran Beydullayevlə müzakirə etdik. Maraqlı müsahibəni diqqətinizə çatdırırıq.

-Kamran həkim, təqdim etdiyiniz əməliyyatın özəlliyi nədən ibarətdir?

-Biz Azərbaycanda ilk dəfə olaraq canlıdan qaraciyər transplantasiyası zamanı donor əməliyyatını tam laparoskopik üsulla icra etdik. Bu, texniki cəhətdən çox çətin və bilik, bacarıq tələb edən bir əməliyyatdır. Mərkəzi Gömrük Hospitalında bu cür əməliyyatın icra edilməsi böyük bir nailiyyət hesab edilə bilər. Donor əməliyyatının özünəməxsus xüsusiyyətləri vardır. Bu əməliyyat zamanı çıxarılan orqan parçası bütün əməliyyat boyu mexaniki, istilik və işemik zədələrdən qorunmalıdır. Orqana girən və çıxan damarlar əməliyyatın sonuna qədər kəsilməməlidir, orqanın damarları yetəri qədər uzun və tam sağlam şəkildə kəsilib çıxarılmalıdır ki, resipiyent tərəfdə əməliyyata texniki problem yaratmasın. Bütün bu hallarda donorun sağlamlığı öz prioritetliyini saxlamalıdır. Bu səbəbdən donor əməliyyatı eyni orqanın və ya orqan parçasının hər hansı bir patalogiyaya görə çıxarılmasından tam fərqli bir əməliyyatdır. Bu nüansları laparoskopik əməliyyat zamanı nəzərə almaq əlavə mürəkkəb texniki vərdişlər tələb edir. Laparoskopik əməliyyatın da özünün üstünlükləri var. Bu əməliyyatlar zamanı böyük kəsiklər olmur, orqan çıxartmaq üçün istifadə etdiyimiz kiçik kəsik də ən ağrısız, daha kosmetik yerdə aparılır. Xəstələr tez aktivləşir və yatış günləri qısalır, istifadə edilən ağrıkəsicilərin miqdarı az olur. Bütün bu üstünlükləri nəzərə alsaq, bu əməliyyat daha az ağırlaşması olan əməliyyat hesab edilir. Lakin laparoskopik əməliyyatlar açıq əməliyyatdan fərqli olaraq daha çox mürəkkəb texniki qabiliyyət tələb edir. Qaraciyər transplantasiyası əməliyyatlarında toplanmış təcrübəmiz imkan verdi ki, biz bu gün donor əməliyyatını tam laparoskopik icra edək. Bundan sonra qaraciyər donorları üçün də bu əməliyyatı requlyar şəkildə laparoskopik etməyi planlaşdırırıq. İndiyə qədər biz bütün böyrək transplantasiyası əməliyyatlarında donor əməliyyatını laparoskopik icra edirik. Bu bizim mərkəzin üstünlüyünü saxlayan bir texniki nailiyyətdir. Donorlarımız çox qısa zamanda sağalır və evə yazılır. Müqayisə üçün deyə bilərik ki, qaraciyər transplantasiyası əməliyyatında donorun laparoskopik çıxarılması əməliyyatı Azərbaycanda ilk dəfədir və eyni əməliyyat böyük transplantasiya ənənəsi olan Türkiyədə bizdən cəmi 10 ay əvvəl icra edilib.

-Nə vaxtdan orqan transplantasiyası sahəsində çalışırsınız?

-Bildiyiniz kimi, Azərbaycanda qaraciyər transplantasiyası əməliyyatları ilk dəfə 2008-ci ildə tanınmış cərrah Dr. Mircəlal Kazımi tərəfindən mərkəzimizdə həyata keçirilməyə başlamışdır. Eyni vaxtdan, demək olar ki, artıq 11 ildir mən də bu komandada çalışıram. İndiyə qədər 600-ə qədər böyrək və 200-ə qədər qaraciyər transplantasiyası əməliyyatları icra etmişik. Hal-hazırda mən bu komandada donor əməliyyatlarına rəhbərlik edirəm.

-Belə böyük və çətin əməliyyatların Azərbaycanda icra edilməsi təqdirəlayiqdir. Bəs insanların bu əməliyyatlar üçün etimadını qazanmaq çətin olmur ki?

-Belə bir çətinliklər 10 il əvvəl var idi. Davamlı fəaliyyətimiz və toplanan təcrübəmiz artıq bu problemi çoxdan geridə qoyub. İnsanlar artıq transplantasiya üçün heç bir xarici ölkəyə getməyə üstünlük vermir və bizim transplantasiya mərkəzində əməliyyat olunmağa üstünlük verirlər. Uğurlu nəticələr təkcə tibb personalımızın ağır zəhməti nəticəsində başa gəlmir. Burada həm də transplantasiya mərkəzimizin fəaliyyət göstərdiyi Mərkəzi Gömrük Hospitalının ən son avadanlıqlarla təhciz olunmuş maddi-texniki bazasının rolu var, həm də xəstəxana rəhbərliyinin bütün bu uğurların qazanılmasında komandaya böyük bir mənəvi dəstək olması və hər cür çətinliklərin aradan qaldırlmasına yüksək həssaslıqla yanaşması də səbəb olur. Yəqin ki, bütün bu sadaladıqlarım bir yerdə olmasa idi, nə nəticələr uğurlu olardı, nə də insanların inamını qazana bilərdik...

-Zəhmət olmasa, bir qədər donor əməliyyatları haqqında danışardınız.

-Transplantasiya iki ayrı-ayrı əməliyyatdan ibarətdir: donor əməliyyatı və resipiyent əməliyyatı. Bu əməliyyatlar ayrı komandalar tərəfindən ayrı otaqlarda icra edilir. Hər bir əməliyyatın özünün çətinlikləri və özəllikləri var. Donorlar əməliyyatdan əvvəl detallı müayinə olunurlar, əməliyyata əks göstəriş ola biləcək vəziyyətlər aşkar edilir, əməliyyat üçün yararlı olmaları müəyyənləşir. Böyrək donorlarını birmənalı laparoskopik icra edirik. Əməliyyat 1 -1,5 saat çəkir. Qaraciyər donorlarında isə əməliyyat 3 cür ola bilir. Böyüklərə qaraciyərin sağ payını çıxardırıq, yeniyetmələr və çəkisi az olan xəstələrə adətən sol pay yetərli olur. Kiçik uşaqlarda isə sol lateral sektor dediyimiz 20%-ə qədər qaraciyər parçası yetərli olur. Biz təqdim etdiyimiz xəstədə qaraciyərin sol lateral payını laparoskopik icra etdik və bu əməliyyatı davamlı laparoskopik icra etməyi planlaşdırırıq. Donor əməliyyatları zamanı prioritet - donorlar tərəfdədir. Hətta əməliyyat zamanı mübahisəli bir situasiya yaranarsa, bu vəziyyət həmişə donorun xeyrinə həll edilməlidir. Lakin bununla bərabər, çıxarılan orqan yetərincə keyfiyyətli və resipiyent üçün yararlı olmalıdır. Bu səbəbdən də donor əməliyyatı çox səliqəli və tam anatomik incəliklərlə icra edilməlidir. Laparoskopik əməliyyatların tətbiq edilməsi donorların əməliyatlardan sonra daha tez aktivləşməsinə və əməliyyatdan sonrakı dövrü daha rahat keçirməsinə səbəb olur. Əməliyyat və sonrakı dövr normal gedən zaman donor ömrünün qalan hissəsində donor olduğu üçün heç bir problem yaşamır, donorluq onun ömrünün uzunluğuna təsir etmir və heç bir şikəstlik qalmır. Lakin bu da bir əməliyyat olduğundan, müəyyən risklər daşıyır. İndiyə qədər əməliyyat etdiyimiz bütün donorlar normal sağlamlıqdadırlar. Əməliyyatətrafı dövrdə ağırlaşmaları olan donorlarımız olub ki, onları da əlavə səylərlə qaydasına qoymuşuq. Nəticələrimizi müxtəlif beynəlxalq və yerli jurnal və konfranslarda göstərmişik.

-Azərbaycanda orqan çatışmazlığı problemi varmı?

-Təkcə Azərbaycanda deyil, bütün dünyada orqan qıtlığı var. Əslində canlı donordan orqan transplantasiyası elə orqan qıtlığını aradan qaldırmaq üçün alternativ variant kimi meydana gəlib. Qərb ölkələrində bu problem daha çox meyitdən götürülən orqanlar hesabına həll olunur. Azərbaycanda hal-hazırda bu istiqamətdə işlər gedir və ümüd edirik ki, icbari tibbi sığortanın tətbiqindən sonra bu proses daha da sürətlənəcək. Canlıdan alınan orqanla meyitdən alınan orqanların hər birinin özünün üstün və mənfi tərəfləri var. Qısa şəkildə demək istəyirəm ki, Azərbaycanda meyitdən orqan transplantasiyası proqramının inkişaf etdirilməsi çox zəruridir və bu gün bunun üçün hər bir şərait yetişib.

-Maraqlı söhbət üçün təşəkkür edirik və bu vacib, çətin və məsul işinizdə uğurlar arzulayırıq.

Müsahibəni apardı
Dilara Zamanova
Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi

Qarabağda lüks hotellərin tikintisi gündəmdədir - Assosiasiya
Qarabağda lüks hotellərin tikintisi gündəmdədir - Assosiasiya
Monteneqro sərhədlərini bağlamağı planlaşdırmır
Monteneqro sərhədlərini bağlamağı planlaşdırmır
Azərbaycan və Gürcüstan turizm sahəsində böyük potensiala malikdir - Səfir
Azərbaycan və Gürcüstan turizm sahəsində böyük potensiala malikdir - Səfir
Loading Bars
Xəbər lenti
Türk Şurasının beynəlxalq nüfuzu artır - Azərbaycan türk dünyasının birləşdiricisi kimi...
Mingəçevir Dövlət Universitetində “Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzi” yaradılıb
“Yaşıl Marafon” çərçivəsində Bakı və Tərtərdə daha 1 225 ədəd müxtəlif cinsli ağac əkilib (FOTO)
İtaliyada son sutka ərzində koronavirusdan 344 nəfər ölüb
Myanmada toqquşmalarda ölənlərin sayı 701 nəfərə çatıb
Ermənistanın minalanmış ərazilərin xəritəsini verməməsi beynəlxalq hüququn növbəti pozuntusudur - Səfir
Bərdədə ağır avtomobil qəzası, xəsarət alanlar var
Latviya təhsil sahəsində Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır
Şəhid ailələrinə və vətən müharibəsi iştirakçılarına dövlət qayğısı bundan sonra da davam edəcək - Deputat
Şahzadə Filipin dəfn mərasiminin tarixi elan edilib
Goranboyda toy mərasimin keçirilməsinin qarşısı alınıb
Azercell-in “Kabinetim” mobil tətbiqi 1 mln yüklənməni aşdı
Azərbaycan COVID-19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdəndir - Tamam Cəfərova
Kürün aşağı axımında suyun duzluluğunun artması səbəbləri araşdırılır
İngiltərə futbol çempionatının lideri "Mançester Siti" "Lids"ə məğlub oldu
Gəncədə yaşayan rəssamların virtual sərgisi keçirilib (FOTO)
Ermənistandan mina sahələrinin xəritəsini tələb etməli olan müvafiq komissiyalar yaradılmalıdır - Rusiyalı politoloq
Bu gün Bakıda 550 küçə dezinfeksiya edilib
Azərbaycan startapı beynəlxalq proqramda iştirak edəcək
Türk Şurasının informasiya və media üzrə məsul rəsmiləri Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət ediblər (FOTO)
Azərbaycan nefti bahalaşır
Ukraynanın nüfuzlu “Kiev Diplomatic” jurnalında Azərbaycanla bağlı geniş məqalə dərc edilib (FOTO)
Hərbi polisin yaranmasının 29-cu ildönümü qeyd edilir (VİDEO)
Mingəçevirdə restoranda toy edənlər cərimələnib (FOTO/VİDEO)
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
Macarıstan Türk Şurası ölkələrini vacib tərəfdaş hesab edir
Azərbaycanda 2 192 nəfər COVID-19-a yoluxub, 33 nəfər vəfat edib
Xəzər rayonunda ümümrayon iməcliyi və dezinfeksiya işləri aparılıb (FOTO)
Media sahəsində əməkdaşlığın daha da sistemləşdirilməsinin tərəfdarıyıq - Hikmət Hacıyev
Qubada Azərbaycan-Türkiyə qardaşlıq parkı salınacaq
Türk Şurası çərçivəsində Media Koordinasiya Komitəsi yaradılmalıdır - Prezidentin köməkçisi (VİDEO)
Kür çayında batan bacı-qardaşlardan birinin meyiti tapılıb
Son illərdə saxta əlillik təyinatının ləğvi nəticəsində əhəmiyyətli miqdarda dövlət vəsaitinə qənət olunub - Deputat
Qazaxıstan media və informasiya sahəsində Türk Şurası ölkələri ilə uğurla əməkdaşlıq edir
Özbəkistan Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında fəal iştirak etməyə hazırdır
Respublika çaylarında yaz-yay gursululuq dövründə gözlənilən vəziyyət AÇIQLANIB (FOTO)
“Media haqqında” yeni qanun layihəsi medianın inkişafına imkan verəcək - Hikmət Hacıyev
Azərbaycan Prezidentinin köməkçisi Türk Şurasının Baş katibi ilə görüşüb
Səudiyyə Ərəbistanında 3 hərbçi edam olunub
Biz əl-ələ verəcəyimiz halda, aşa bilməyəcəyimiz maneə olmadığını gördük - Fahrettin Altun
Azərbaycanın qələbəsi həm də türk dünyasının qələbəsidir - Hikmət Hacıyev
Qaxda yol polisi reyd keçirib (FOTO)
Türk dövlətlərinə qarşı saxta informasiya kampaniyaları aparılır - Prezidentin köməkçisi
MDU-da növbəti dəfə tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb (FOTO)
Azərbaycan türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün lazımi işləri görür - Hikmət Hacıyev
Türk dövlətləri ilə əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə yol xəritəsi hazırlanır
Türk dövlətləri bundan sonra da Azərbaycanın yanında olacaq - Bağdad Amreyev
Bakıda Türk Şurasının informasiya və media üzrə məsul rəsmilərinin toplantısı keçirilib - (FOTO/VİDEO)
“Əsas Məsələ”də Prezident İlham Əliyevin həftə ərzində keçiridyi yüksək səviyyəli görüşlər müzakirə olunub (VİDEO)
Sosial xidmətlərə ehtiyac səviyyəsini qiymətləndirmək məqsədilə onlayn sorğu keçirilir
İranda ötən sutka 193 nəfər koronavirusdan ölüb
"Buta Airways" Rusiyanın "Jukovski" şəhərinə uçuşlar həyata keçirəcək
Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır
MUSİAD nümayəndə heyəti Qubada səfərdə olub (FOTO)
Atletimiz Avropa çempionatında bir qızıl və bir bürünc medal qazanıb (FOTO)
Bakıda daha bir nəqliyyatın mübadilə məntəqəsi yaradılıb (FOTO)
Bakıda məşhur restoranlarda nöqsanlar aşkarlanıb (SİYAHI)
Könül Nurullayeva sakinlərin müraciətləri ilə maraqlanıb (FOTO)
Deputat Pərvin Kərimzadə seçiciləri ilə növbəti görüş keçirib (FOTO)
Zabrat Hava Limanı ərazisində təlim keçirilib (FOTO)
Finlandiya sprey formasında koronavirus vaksini hazırlayır
Sumqayıtda 3 koronavirus xəstəsinə cinayət işi başlandı
Sabah rayonlara dolu düşəcək
“Fitch” SOCAR-ın uzunmüddətli reytinqini «BB +» səviyyəsində təsdiqləyib (ƏLAVƏ OLUNUB)
Azərbaycan ilə Türkiyəni heç vaxt bir-birindən ayırmadım, ikisi də mənim Vətənimdir - Erkan Özoral
Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri HHQ-nin hərbi hissəsini ziyarət edib
Prezident İlham Əliyev: Türkiyənin Azərbaycana göstərdiyi dəstək həmişə bizim qəlbimizdə yaşayacaqdır
Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri bu gün ən yüksək zirvədədir
Bibiheybətdə gəmidə baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
Şəhid ailəsi və qazilərə dəstək üçün bu günə kimi 18 milyona yaxın pul xərclənib
Ötən gün 47 yanğın olub, 1 nəfərin meyiti aşkarlanıb (VİDEO)
Kanada XİN-dən "Dostluq" yatağı ilə bağlı açıqlama
Azərbaycan dövlətinin apardığı siyasətin mərkəzində insan amili dayanır - Tamam Cəfərova
Yunanıstan-Bolqarıstan interkonnektorunun işə salınması ilə TAP-ın Avropa üçün əhəmiyyəti artacaq
Bərdədə toy məclisi aşkarlandı, 19 nəfər cərimələndi
Yol polisi hərəkət iştirakçılarına xəbərdarlıq etdi
Polis Bakıda əməliyyat keçirdi, narkobaronlardan 64 kiloqram narkotik vasitə götürüldü (FOTO/VİDEO)
Bakıda həyətdə toy məclisində 28 nəfər məsuliyyətə cəlb olundu (VİDEO)
Erkan Özoral “Dostluq” ordeni ilə təltif edilib
Çində üçüncü koronavirus vaksininin sınaqlarına icazə verilib
Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirini qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
Paytaxtda daxili iməclik və geniş dezinfeksiya keçirilib (FOTO)
AZAL Heydər Əliyev Beynəlxalq Aeroportunun təmizlik işlərinin satınalınması ilə bağlı açıq tender elan edir
Ötən gün evini tərk edən 18 koronavirus xəstəsi saxlanıldı
Əfqanıstanda ard-arda partlayışlar olub
Evdə toy məclisi keçirənlər cərimələnib
ABŞ İrana qarşı tətbiq olunan sanksiyaların ləğvindən imtina edib
"COVID-19 pasportu" - Dünya yeni mərhələyə keçir
Zərdabda daş sexi yanıb
Azərbaycanda bu tarixdə ucuz avtomobillər satışa çıxarılacaq
Qırğızıstanda seçkilər və referendumdan qabaq "sükut günü" başlayıb
Çinin "Alibaba" şirkəti 2,78 milyard dollar məbləğində cərimə edilib
Beyrut dəniz limanının yenidən qurulması layihəsinin dəyəri 5 milyard dollar təşkil edəcək
Rusiya aprelin 12-dən Türkiyə ilə uçuşlarını məhdudlaşdıra bilər
Hindistanda xəstəxanada baş verən yanğında 4 nəfər öldü
Yaponiyada 5,2 bal gücündə zəlzələ baş verib
Türkiyədə son sutkada koronavirusdan 35 786 nəfər sağalıb
Qrup hərəkətlərində Azərbaycan komandası bədii gimnastika üzrə təşkil olunan onlayn turnirdə gümüş medal qazandı
Gimnastlarımız Misirdə keçirilən yarışlarda ikinci yeri tutublar (FOTO)
Dünyada ötən sutka koronavirusa 718 mindən çox yoluxma qeydə alınıb - ÜST
Bütün xəbərlər