...

Qərargah: İranla sərhəddə səyyar hospitallar yaradılır

Cəmiyyət Materials 27 Fevral 2020 20:58 (UTC +04:00)
Koronavirus təhlükəsinin Azərbaycan ərazisində yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Qərargah: İranla sərhəddə səyyar hospitallar yaradılır

Bakı. Trend:

Koronavirus təhlükəsinin Azərbaycan ərazisində yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Nazirlər Kabinetinin yanında yaradılmış qərargahdan Trend-ə verilən məlumata görə, qəragahın qəbul etdiyi qərara əsasən İran İslam Respublikası ilə sərhəd–keçid məntəqələrindən Azərbaycan ərazisinə daxil olan şəxslərin ilkin müayinəsini təşkil etmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çadırlardan ibarət səyyar hospitalları yaradılır.

İlkin müayinədən keçmiş və xəstəlik müəyyən olunmamış şəxslər heç bir maneə olmadan yollarına davam edə biləcəklər. Xəstəliyin əlamətləri aşkar edildiyi hallarda, həmin şəxslər həkim nəzarəti altında xəstəxanalara göndəriləcəklər.

Azərbaycanda sanitar-epidemioloji vəziyyət ciddi nəzarətdə saxlanılır, əhali bu istiqamətdə görülən işlər barədə müntəzəm qaydada məlumatlandırılacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti