...

Azərbaycan dilini öyrənən əcnəbilər üçün tədris vəsaiti təqdim olunub

Cəmiyyət Materials 2 Mart 2020 18:06 (UTC +04:00)
Diasporla İş üzrə Dövlət Komitəsi və Dövlət Miqrasiya Xidmətinin dəstəyi ilə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun “Salam Azərbaycan” layihəsi çərçivəsində hazırlanan tədris vəsaiti bu gün ictimaiyyətə təqdim olunub.
Azərbaycan dilini öyrənən əcnəbilər üçün tədris vəsaiti təqdim olunub

Bakı. Trend:

Diasporla İş üzrə Dövlət Komitəsi və Dövlət Miqrasiya Xidmətinin dəstəyi ilə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun “Salam Azərbaycan” layihəsi çərçivəsində hazırlanan tədris vəsaiti bu gün ictimaiyyətə təqdim olunub.

Komitədən Trend-ə verilən məlumata görə, Azərbaycan dilini öyrənən əcnəbilər üçün nəzərdə tutulan vəsait “Azərbaycan dilini dünyaya tanıdaq” devizi altında reallaşan layihələrdən biridir.

Layihəyə uyğun olaraq əcnəbilər üçün A, B və C səviyyələri üzrə tədris vəsaitləri dəsti hazırlanacaq.

Təqdim olunan tədris vəsaiti A və B səviyyələrindədir. Kitablar üç dildə - Azərbaycan, rus və ingilis dillərində çap edilib. Dərs vəsaitlərinin hər səviyyəsi ayrı-ayrı dillər üzrə 5 kitabdan ibarətdir.

Təqdimat mərasimində alimlər, ictimai-siyasi xadimlər, nazirlik və komitələrin nümayəndələri iştirak edib, eyni zamanda ölkəmizdəki səfirliklər və dini icmalar təmsil olunub. Çıxış edənlər tədris vəsaitinin əhəmiyyətindən danışıb, alimlərimizin peşəkar işini yüksək qiymətləndiriblər.

Tədbir iştirakçıları belə mühüm bir tədris vəsaitinin ərsəyə gəlməsinə dəstək göstərən təşkilatlara, o cümlədən Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlıqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti