Bakı. Samir Əli - Trend:
Azərbaycan Texniki Universitetinin (AzTU) rəhbərliyi koronavirusla bağlı şayiə yayan tələbələrə ciddi xəbərdarlıq edib.
Bu barədə Trend-ə AzTU-nun mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova deyib.
Onun sözlərinə görə, universitet rəhbərliyi tərəfindən həmin tələbələrə ciddi xəbərdarlıq olunub:
"Tədris başlayanda bir daha belə bir halın yaşanmaması üçün xəbərdarlıq ediləcək, eyni zamanda təlim-tərbiyə işinə nəzarət gücləndiriləcək".
Xatırladaq ki, Azərbaycan Texniki Universitetinin 3-cü kurs tələbəsi Faiq Həsənov tələbə yoldaşı Eyvaz Cəfərovun koronavirusdan ölməsi barədə məlumat yayıb.
Tələbələrin zarafatlaşması ictimaiyyət arasında ciddi başa düşülüb və böyük rezonansa səbəb olub.