...

65 yaşdan yuxarı tibb işçiləri öz vəzifə borclarını davam etdirəcəklər - Səhiyyə nazirinin müavini

Cəmiyyət Materials 23 Mart 2020 21:46 (UTC +04:00)
65 yaşdan yuxarı tibb işçiləri öz vəzifə borclarını davam etdirəcəklər.
65 yaşdan yuxarı tibb işçiləri öz vəzifə borclarını davam etdirəcəklər - Səhiyyə nazirinin müavini

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

65 yaşdan yuxarı tibb işçiləri öz vəzifə borclarını davam etdirəcəklər.

Trend-in məlumatına görə, bunu koronavirusla əlaqədar keçirilən brifinqdə Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

Onun sözlərinə görə, koronavirusun qarşısının alınması üçün ilk növbədə şəxsi gigiyena qaydalarına, sosial izolyasiya tədbirlərinə əməl edilməlidir: "Hesab edirəm ki, vətəndaşlar bu qərara düzgün əməl edəcəklər. Artıq ölkə daxilində də yoluxma halları müşahidə edilir".

Xatırladaq ki, martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə iclasda ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət müzakirə edilib və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərar qəbul edilib.

Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti