...

Evdə qal və muzeylərə səyahət et

Cəmiyyət Materials 13 Aprel 2020 12:36 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə bağlı insanların evdə asudə vaxtlarını səmərəli keçirməsi məqsədilə başladıqları “Muzeylərə virtual səyahət” layihəsinin növbəti video çarxı yayımlanıb.

Trend-in məlumatına görə, “Evdə qal və evdə öyrən” çağırışı ilə həyata keçirilən bu layihə ölkədə fəaliyyət göstərən muzeylərə virtual səyahət edərək vətəndaşların ölkəmizin tarixi, mədəniyyəti və incəsənəti ilə daha yaxından tanış olmasına imkan yaratmaqdadır.

Layihə çərçivəsində növbəti səyahət dünyada xəzinəsindəki nadir xalçaların dəyərinə və əhəmiyyətinə görə ən böyük xalça kolleksiyası, xalça sənəti üzrə birinci, nüfuzlu, ixtisaslaşmış muzeyi - Azərbaycan Milli Xalça Muzeyinə olub. Virtual tur zamanı izləyicilərə muzeyin kolleksiyasında qorunub saxlanılan bir sıra nadir sənət nümunələri və milli irsimiz olan xalçalar nümayiş etdirilib.

Azərbaycan Milli Xalça Muzeyinə virtual səyahəti aşağıdakı keçidlər vasitəsilə izləmək olar:

https://www.facebook.com/youthfundaz/videos/825462867964016/

https://www.facebook.com/cvntv/videos/809244856147980/

https://www.youtube.com/watch?v=3s_fbBL2usY&feature=emb_title

Məqalədə:
Xəbər lenti

Xəbər lenti