...

Viktor Qasımov: Ölkədə hələ də koronavirus infeksiyasının yayılması prosesi davam edir

Cəmiyyət Materials 24 Aprel 2020 19:43 (UTC +04:00)
Viktor Qasımov: Ölkədə hələ də koronavirus infeksiyasının yayılması prosesi davam edir

Bakı. Samir Əli - Trend:

Ölkədə hələ də koronavirus infeksiyasının yayılması prosesi davam edir.

Trend-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

Onun sözlərinə görə, martın sonu və aprelin əvvəlində bu virusa yoluxanların sayında artım olub:

"Karantin rejiminin tətbiqi ilə vəziyyət nəzarətə götürülüb. Vətəndaşlar qaydalara maksimum riayət edib. Xəstələr vaxtında nəzarətə götürülməsəydi, bu prosesdə ağırlaşdırıcı hal yaşana bilərdi. Amma ciddi karantin tədbirləri ölkəmiz üçün əhəmiyyətli oldu. Diaqnostik testlərin sayı da çox oldu. Əvvəl bir gündə 200-300 test aparılırdısa, sonradan bu say 5000 oldu. Dövlət üzərinə düşən bütün tədbirləri gördü. Əhali bundan sonra da qaydalara riayət etsə, biz bu xəstəlikdən qurtula bilərik. Karantin yumşaldıqdan sonra yoluxma halları artarsa, karantin rejimi yenidən sərtləşdirilə bilər. Artıq 12 rayonda fəal virus ocaqları məhv edilib. Araşdırmalarımız zamanı məlum olub ki, həmin rayonlarda artıq koronavirus xəstəliyi yoxdur. Sosial izolyasiya, şəxsi qidalanma və gigiyenalara nəzarət etsək, nailiyyətlərimiz daha çox olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti