...

Azərbaycanda ev şəraitində 3 minə yaxın şəxs karantində saxlanılır

Cəmiyyət Materials 24 Aprel 2020 20:09 (UTC +04:00)
Azərbaycanda ev şəraitində 3 minə yaxın şəxs karantində saxlanılır

Bakı. Samir Əli - Trend:

Hazırda Azərbaycanda 2 cür karantin var.

Trend-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

Onun sözlərinə görə, hazırda ev şəraitində 3 minə yaxın şəxs karantində saxlanılır və gündəlik səhhətləri nəzarətdədir:

"Xaricdən gələn şəxslər də karantinə götürülür və ayrılmış xüsusi yerlərdə nəzarətdədirlər. Hazırda xaricdən gəldiyi üçün karantində saxlanılanların sayı 5 minə yaxındır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti