Bakı. Trend:
Koronavirus (Covid-19) infeksiyası ilə mübarizədə ilk gündən etibarən ön sıralarda
yer alan gömrükçülər sosial dəstək aksiyalarında da fəal iştirak edirlər.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Komitənin mərkəzi aparatı bu məqsədlə növbəti dəfə aztəminatlı ailələrə və yaşı 65-dən yuxarı olan şəxslərə yardım aksiyasına töhfəsini verib.
Könüllü gömrükçülərin iştirakı ilə 120-dən çox ailəyə baş çəkilib, onlara gündəlik
zəruri qida məhsullarından ibarət ərzaq sovqatı paylanılıb, ailələrlə profilaktik
söhbətlər aparılıb, onlara xüsusi karantin rejimi dövründə evdə qalmaları tövsiyə
edilib.