...

Ali məktəblərə tələbə qəbulu ilə bağlı göstərilən xidmətlərin qiymətləri açıqanıb

Cəmiyyət Materials 12 May 2020 13:00 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı göstərilən xidmətlərin ödəmə sxemi haqqında məlumatı açıqlayıb.

DİM-dən Trend-ə verilən məlumata görə, bu barədə 2020-2021-ci tədris ili üçün Azərbaycanın ali məktəblərinin bakalavriat pilləsinə tələbə qəbulu haqqında elanda bildirilib.

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı göstərilən xidmətlərin ödəmə sxemi haqqında məlumat:

İmtahan (müsabiqə)

Kontingent

V ixtisas qrupu üzrə qəbul imtahanı

Bir komissiya üzrə qabiliyyət imtahanı

(ixtisas qrupundan asılı olmayaraq)

I-IV ixtisas qruplarından biri üzrə qəbul imtahanının ikinci mərhələsi

Rus bölməsi üçün Azərbaycan dili fənni üzrə ilk imtahan

Cari ilin məzunları və cari ildə eksternat qaydasında tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyada iştirak edənlər

dövlət büdcəsinin vəsaiti hesabına

dövlət büdcəsinin vəsaiti hesabına

dövlət büdcəsinin vəsaiti hesabına

dövlət büdcəsinin vəsaiti hesabına

Ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün cari ilə kimi heç vaxt müraciət etməyən (və ya müraciəti müəyyən edilməyən) əvvəlki illərin məzunları

dövlət büdcəsinin vəsaiti hesabına

dövlət büdcəsinin vəsaiti hesabına

a) V ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün müraciət etmədiyi halda dövlət büdcəsinin vəsaiti hesabına

dövlət büdcəsinin vəsaiti hesabına

b) V ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün müraciət etdiyi halda öz hesabına

Ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün cari ilə kimi ən azı bir dəfə müraciət edən əvvəlki illərin məzunları

öz hesabına

öz hesabına

öz hesabına

öz hesabına

QEYD 1: “Şəxsi kabinet”inizin hesabına vəsait köçürərkən iştirak edəcəyiniz imtahanların və bu imtahanlar üçün müəyyən edilmiş qiymətləri nəzərə alın. “Şəxsi kabinet”inizin hesabına köçürdüyünüz istifadə edilməmiş vəsait qəbul kampaniyası bitdikdən sonra geri qaytarılacaq, lakin bu zaman həmin vəsaitdən ödəmə sistemləri tərəfindən pul köçürmələri ilə bağlı göstərilən xidmətlərin haqqı tutulacaq.

QEYD 2: Ali təhsil və orta ixtisas təhsili müəssisələrini bitirən bütün abituriyentlər üçün ali təhsil müəssisələrinə qəbul imtahanları həmin abituriyentlərin hesabına həyata keçirilir.

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin göstərdiyi xidmətlərin haqqı aşağıdakı kimi müəyyən edilib:

Xidmətlərin adı

Ölçü vahidi

Tarif*

(ƏDV-siz, manat)

Ali təhsil müəssisələrinin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı test imtahanı

1 iştirak üçün

40

Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən (o cümlədən “Jurnalistika” və Azərbaycan İlahiyyat İnstitutunun “İslamşünaslıq”) ixtisaslarına tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanı

1 iştirak üçün

30

Qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə test imtahanı

1 iştirak üçün

10

Ümumi təhsil müəssisələrinin cari il məzunlarının əlavə olaraq verdikləri Azərbaycan dili və ya rus dili fənnindən imtahan

1 iştirak üçün

10

Ümumi təhsil müəssisələrinin cari il məzunlarının qəbul imtahanında əlavə olaraq verdikləri xarici dil fənni imtahanı

1 iştirak üçün

10

Məqalədə:
Xəbər lenti

Xəbər lenti