...

UNICEF və RİİB koronavirus pandemiyası ilə bağlı televiziyalarda müzakirələr təşkil edəcək

Cəmiyyət Materials 13 May 2020 11:43 (UTC +04:00)
UNICEF və RİİB koronavirus pandemiyası ilə bağlı televiziyalarda müzakirələr təşkil edəcək

Bakı. Trend:

BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan nümayəndəliyi və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə koronavirus (COVID-19) pandemiyası ilə bağlı riskli əhali qruplarının maarifləndirilməsi layihəsini həyata keçirir.

RİİB-dən Trend-ə verilən məlumata görə, layihə çərçivəsində televiziyalarda tok-şou formatında müzakirələrin aparılması, eləcə də müxtəlif maarifləndirici materialların könüllülərin dəstəyi ilə Bakı şəhəri və regionlarda paylanılması nəzərdə tutulur.

İlk müzakirə mayın 14-də saat 19:30-da İctimai TV-də “Sabaha saxlamayaq” proqramında təşkil olunacaq. Verilişdə “Pandemiya dövründə əhalinin psixoloji durumu” mövzusunda diskussiya aparılacaq.

Layihə çərçivəsində ümumilikdə 3 televiziya verilişində müzakirələr təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti