...

TƏBİB sədri: Görülən tədbirlər nəticəsində koronavirusa yoluxan xəstələr arasında letallıqla nəticələnmə az olur

Cəmiyyət Materials 9 İyun 2020 19:14 (UTC +04:00)
TƏBİB sədri: Görülən tədbirlər nəticəsində koronavirusa yoluxan xəstələr arasında letallıqla nəticələnmə az olur

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda görülən tədbirlər nəticəsində koronavirusa yoluxan xəstələr arasında letallıqla nəticələnən hallar az baş verir.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, hazırda xüsusi rejimli xəstəxanalarda 3487 aktiv koronavirus xəstəsi müalicə edilir. Onların 136 nəfəri reanimasiya şöbəsindədir.

R.Bayramlı qeyd edib ki, test müayinəsi nəticəsində COVİD-19 virusu aşkarlanmayan, amma klinikası COVİD-19-a xas olan əlamətlərin müşahidə edildiyi xəstələr də var: “Onlar arasında vəziyyəti ciddi olanlar da var. Belə şəxslər COVİD-19-un protokoluna uyğun olaraq müalicə edilirlər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti