...

Azərbaycan Dillər Universitetində Çinə həsr olunan onlayn seminar keçirilib

Cəmiyyət Materials 24 İyun 2020 12:01 (UTC +04:00)
Azərbaycan Dillər Universitetində Çinə həsr olunan onlayn seminar keçirilib

Bakı. Trend:

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Çinin ənənəvi "Duan-u" bayramına həsr olunmuş poetik onlayn seminar təşkil edib.

ADU-dan Trend-ə verilən məlumata görə, bayram Çin müəllif poeziyasının banisi, ölkənin tarixində ilk məşhur lirik şair, Çin mədəniyyətində vətənpərvərlik rəmzi olan – Tsui Yuanın xatirəsinə həsr olunub.

Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çin poeziyasının yüksək insani hisslər və həyəcanlarla dolu unikal fəlsəfəsindən danışaraq, Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru Leyla Əliyevanın "Azərbaycan", "Çin səddi”, "Ay", “Bu sevgidir" şeirlərini Çin dilində söyləyib.

ADU tələbələrinin ifasında Tsui Yuanın əsərlərindən - “Sürgünün kədəri”, “Chu xətləri”, “Səma inciləri” və “Doqquz melodiyalar” poemalarından parçalar səsləndirilib.

Seminarın sonunda Konfutsi İnstitutunun müəllimi Fan Tszyaxao ənənəvi bayram yeməyi olan “tszuntszı”- qamış yarpaqlarına bükülmüş yapışqan düyünün hazırlanmasına həsr olunmuş kulinariya üzrə ustad dərsi keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti