Qasım Nəsirov: Azərbaycan mədəniyyətini, musiqisini, ölkə həqiqətlərini avropalılara tanıtmağa çalışıram (FOTO)

Qasım Nəsirov: Azərbaycan mədəniyyətini, musiqisini, ölkə həqiqətlərini avropalılara tanıtmağa çalışıram (FOTO)

Bakı. Trend:

Bugünkü həmsöhbətimiz İsveçrə Azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiricisi və "Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi”nin rəhbəri, vətənpərvər ziyalı Qasım Nəsirovdur.

Qasım bəy, xoş gördük. Biz Sizi Azərbaycanı sevən, İsveçrədə, ümumiyyətlə Avropada Azərbaycanın mədəniyyətini təbliğ edən, Azərbaycan həqiqətlərini avropalıların diqqətinə çatdıran, vətənpərvər bir insan kimi tanıyırıq. Özünüz barədə qısa məlumat verin ki, oxucularımız da sizi yaxından tanıya bilsin.

- Mən Qasım Nəsirov əslən Azərbaycanın Naxçıvan şəhərindənəm. Təhsilimi də Azərbaycan Dövlət Neft Akademiyasında almışam. İşlə əlaqədar olaraq 15 ildən çoxdur ki, ailəmlə birlikdə İsveçrədə yaşayıram. İki övladım var. 11 yaşlı qızım 6-cı sinif şagirdidir, 22 yaşlı oğlum isə Bern Universitetinin hüquq fakültəsini bitirib, hazırda magistr pilləsində təhsil alır. Yoldaşım Bakıdandır, ibtidai sinif müəlliməsidir, ixtisası üzrə çalışır. Mən isə İsveçrə Miqrasiya idarəsində təhsil şöbəsinin yeniyetmələr və yaşlıların təhsili üzrə məhsul şəxsəm. Bununla yanaşı, şagirdlərə, tələbələrə, polislərə, dövlət qulluqçularına, sosial sahədə çalışanlara miqrasiya qanunları ilə bağlı seminarlar verirəm. Əlbəttə ki, bunlarla yanaşı Azərbaycan mədəniyyətini, musiqisini, Azərbaycan həqiqətlərini avropalılara tanıtmağa çalışıram.

Xaricdə yaşayan azərbaycanlıların daha yaxşı təşkilatlanması, diaspor təşkilatlarının koordinasiya olunması məqsədi ilə Koordinasiya Şuraları yaradılıb. Siz də bu Şuranın əlaqələndiricilərindən birisiniz. Sizcə, Koordinasiya Şuraları qarşıya qoyulan məqsədə nail ola bilibmi?

-Diasporla İş üzrə Dövlət Komitəsi Avropada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları arasında əlaqələrin qurulması, onları narahat edən və maraqlandıran məsələlərin həllinin asanlaşdırılması istiqamətində xeyli iş görüb. Bunun nəticəsidir ki, diaspor təşkilatları arasında birləşmə meyilləri güclənib və 2 il əvvəl Koordinasiya Şuralarının yardılması təklifi irəli sürülüb. Şura yarananda mən də Koordinasiya Şurasının İsveçrə üzrə əlaqələndiricisi seçildim. Diasporun təşkilatlanmasına, təşkilatların bir-biri ilə əlaqəli işləməsinə həmişə ehtiyac var. Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti bir az dağınıq olduğu üçün təsir gücü də zəif idi. Koordinasiya Şuraları bu təşkilatları bir yumruq kimi birləşdirdi. Son iki ildəki nailiyyətlərimiz, keçirilən çoxsaylı tədbirlər təşkilatlanmanın nəticəsidir. Biz birlikdə məsləhətləşir, yeni ideayalar ortaya qoyur və qərarlar qəbul edirik. Əlbəttə, təşkilatlanmanın nə qədər əhəmiyyətli məsələ olduğunun hər kəs tərəfindən başa düşülməsi üçün bir az zamana ehtiyacımız var. Çünki insanlar hələ də bir çətir altında birləşmək ideyasını tam mənimsəyə bilmir. İnanıram ki, Diasporla İş üzrə Dövlət Komitəsinin diaspor təşkilatlarının təşkilatlanması sahəsindəki fəaliyyəti öz bəhrəsini verəcək. Düzdür, bizim bu sahədə artıq uğurlarımız var, ancaq onların zamanla artacağını düşünürük. Bu asan iş deyil. Çünki xaricdə yaşayan azərbaycanlıların heç də hamısı bir-biri ilə həmfikir olmur, mövqeləri üst-üstə düşmür. Təəssüf ki, bəzən maddi maraq güdərək təşkilatlanmağa can atanlar da olur. Bu, arzu olunan hal deyil. Nəzərə alsaq ki, Avropa ölkələrində 20, hətta 30 ildir yaşayan azərbaycanlılar var, onlar heç bir maddi maraq olmadan təşkilatlanmalıdırlar. Çalışmalıyıq ki, insanların Azərbaycan üçün nə isə etmək arzusu, istəyi ürəklərindən gəlsin. Avropada yaşayan azərbaycanlılar maddi problemlərin özləri həll edə bilər. Avropada maddi durumu yaxşı olan azərbaycanlılar kifayət qədərdir. Biz maddi maraq güdmədən Azərbaycana xidmət etməliyik, onu dünyaya tanıtmalıyıq. Koordinasiya Şuralarının əsas məqsədlərindən biri də Azərbaycanı sevən insanları bir araya gətirməkdən ibarət idi. Ümid edirik ki, zamanla buna tam nail olacağıq. Necə deyərlər, “dama-dama göl olar”. Biz bu vəzifənin öhdəsindən layiqincə gələcəyik. Çünki, həm dövlətimiz, həm də Diasporla İş üzrə dövlət Komitəsi bizim ideyalarımızı dəstəkləyir.

Ümumiyyətlə İsveçrədə fəaliyyət göstərən diaspor təşkilatlarının fəallığı sizi qane edirmi?

-Diaspor təşkilatlarının fəaliyyəti məsələsinə gəlincə, təkcə İsveçrədə deyil, bütün dünyada bununla bağlı çətinliklər olur. Diasporla işləmək çətindir. Həm hansısa qurumda çalışıb, həm də diasporla işləmək isə daha da çətindir. Mən İsveçrədə yaşayıram. Burda işləmək, yaxşı qazanmaq lazımdır ki, hobbilərinizə də vaxt ayırmağa imkanın olsun. Ailəmizin maddi problemlərini həll etmək üçün hansısa qurumda çalışmalıyıq. Ona görə də diasporla işləməyə az vaxtımız qalır. Amma istənilən halda, biz diasporla işə vaxt tapırıq. Həm mən, həm digər təşkilatların rəhbərləri əlimizdən gələni edirik. Müxtəlif diaspor təşkilatları birləşərək qrup halında çalışsalar daha yaxşı olar. Hesab edirəm ki, bu məqsədlə vahid təşkilat yaradılmalı və onun konkret ünvanı olmalı, hüquqi məsələlərə, maliyyə məsələlərinə, eləcə də təşkilatı məsələlərə məsul şəxslər olmalıdır. İndiki şərtlər daxilində bu, hələ ki, çətindir. Bu qurumda çalışacaq insanların stabil gəliri olmalıdır ki, başqa yerdə işləməyə ehtiyac qalmasın, vaxtlarını bütünlüklə diaspor işinə həsr edə bilsinlər. Bunu indilik reallaşdıra bilmədiyimiz üçün hələ ki, boş vaxtlarımızı diaspor işinə həsr edirik. Diaspor təşkilatlarının fəaliyyəti ilə bağlı bir məqam məni qane etmir. Azərbaycandan kənarda iqtidar-müxalifət deyə ikiyə bölünmək olmaz. Hamımız azərbaycanlıyıq. Həm Xocalı soyqırımı, həm də Azərbaycan həqiqətlərinin geniş kütlələrə yayılması üçün əlimizdən gələni etməliyik. Belə fikir ayrılığı olanda təbii ki, diasporun fəaliyyəti qənaətbəxş olmur. Bizi qane etməyən məsələlərlə bağlı işlər aparmağa davam edirik. Bunu addım-addım, planlı şəkildə edirik. Çünki bu işin öhdəsindən gəlmək asan məsələ deyil. Əminəm ki, bu istiqamətdə qarşımıza qoyduğumuz məqsədlərə nail olacağıq. Bunun üçün bir az zaman lazımdır.

Azərbaycandan uzaqda yaşayan bir şəxs kimi siz mənzərəni daha aydın görür, insanları diaspor fəaliyyətinə cəlb etməyin yollarını daha yaxşı bilirsiniz. Diasporla İş üzrə Dövlət Komitəsi bu istiqamətdə mühüm işlər görür. Diasporun fəallığının artırılması istiqamətdə Komitə daha hansı tədbirləri həyata keçirməlidir?

-Diasporla İş üzrə Dövlət Komitəsi sözün əsl mənasında ciddi işlər görür. Bunu çəkinmədən, əminliklə deyirəm. Son zamanlar görülən işlər təqdirəlayiqdir. Komitənin sədri Fuad Muradov başda olmaqla, bütün əməkdaşlar da diaspor işinin yüksək səviyyədə təşkil olunması üçün əlindən gələni edir. Bu işlər həm vaxtında, həm də ən doğru şəkildə aparılır. Lakin bəzi məqamları vurğulamaq istəyirəm.

Bir təklifim tədbirlərin keçirilməsində məkanın seçilməsi ilə bağlıdır. Bu çox önəmli məsələdir. Azərbaycan gənclərini hansısa qapalı məkanda yox, təbiət qoynunda- meşədə, açıq havada bir yerə toplamaq daha məqsədəuyğun olar.

Eyni zamanda, xaricdə yaşayan azərbaycanlı gənclərin yay aylarında ölkəyə dəvət olunaraq, məsələn məhsul yığımına cəlb olunması, kənd təsərrüfatının müxtəlif sahələrində insanlarla çiyin-çiyinə çalışması da az fayda verməz. Bu həm də onlar üçün maraqlı bir təcrübə olar.

Digər məsələ isə mütəmadi onlayn videokonfransların keçirilməsi ilə bağlıdır. Pandemiya elan olunandan sonra Komitənin əməkdaşları tez-tez onlayn videokonfranslar təşkil edir, maraqlı müzakirələrimiz olur. Belə videokonfransları gələcəkdə də davam etdirmək olar.

Başqa bir təklifim də olacaq. Hər il Avropada Xocalı faciəsi ilə bağlı tədbirlər keçirilir. Məncə bunu həmin ölkənin yerli əhalisinə də maraqlı olacaq şəkildə yürüşlərlə də qeyd etmək yaxşı olar.

Bunlar təkliflərdir təbii, amma vurğulamaq istərdim ki, Komitənin bu günə qədər gördüyü işləri, həm Komitə sədrinin, həm əməkdaşların əməyini yüksək qiymətləndiririk.

15 ildən artıqdır ki, İsveçrədə yaşayırsınız və "Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi”nin rəhbərisiniz. Dünya Azərbaycanı tanımaq üçün onun mədəniyyətinin təbliğindən başlamısınız. Azərbaycanla bağlı, Qarabağla bağlı dünyaya bir çox həqiqətlər çatdırılmalıdır. Niyə məhz mədəniyyətin təbliğindən başladınız?

-Bir ölkəni, bir xalqı tanımaq üçün əvvəlcə özünüzü yerlilərə yaxşı tanıtmalısınız, arxasınca da ölkənizi, onun mədəniyyətini tanımaq lazımdır. 10 il əvvəl azərbaycanlıların ev sahibliyi etdiyi bir tədbirdə İsveçrədən olan bir qadınla maraqlı dialoqumuz oldu. Bir xalq barədə danışırdıq. O, həmin xalqın mədəniyyətinin çox zəif olduğunu bildirdi. Səbəbini soruşduqda dedi ki, elə olmasaydı, onlar da azərbaycanlılar kimi konsertlər verər, tədbirlər təşkil edər, mətbəxləri ilə bizi tanış edərdilər. Həmin söhbətdən sonra bir daha əmin oldum ki, bir xalqı tanımaq və tanıtmaq üçün ilk öncə mədəniyyətdən başlamaq lazımdır. Bir cəmiyyətə inteqrasiya üç sütun üzərində qurulur, milli mətbəx, musiqi və idman. İstər idman oyunlarında, istər olimpiya oyunlarında, istər Avroviziya musiqi festivalında hər bir azərbaycanlının çıxışı ölkəmizin nüfuzunu bir az daha qaldırır. Bizim milli geyimlərimizin, xalçalarımızın, milli mətbəximizin təbliği daha geniş aparılmalıdır. Azərbaycan mətbəxinin dadına baxan Avropalı mütləq onun necə bişirilməsi ilə maraqlanır. Ölkənin mədəniyyətin təbliği ilə yetəri qədər məşğul olandan sonra avropalılarla ünsiyyət qurmaq, daha ciddi mövzular barədə fikir mübadiləsi aparmaq asan olur. Ölkəmiz barədə tam və dolğun təsəvvürə malik olan insanı Azərbaycan həqiqətlərinə inandırmaq daha asan olur. Bir məqama da toxunmalıyam ki, təbliğatla məşğul olan insanın cəmiyyətdə nüfuzu olmalıdır, onun dediklərinə qarşısındakı insan şübhə etməməlidir. Avropalılar yaxşı tanımadıqları insanlarla məsafəli davranırlar. Yalançı, kələkbaz, qanunlara riayət etməyən insanlara hec kim inanmaz. Ona görə də musiqi, mədəniyyət, davranış, hətta xarici görünüş belə çox önəmlidir.

Diasporla İş üzrə Dövlət Komitəsi hər il diaspor gənclərinin yay düşərgəsini keçirir. Hətta siz özünüz də bir dəfə bu düşərgədə gənclərlə görüşmüşünüz. Müxtəlif ölkələrdə, fərqli mühitlərdə yetişən Azərbaycanlı gənclərin vətənpərvər ruhda böyüməsi üçün nələr edilməlidir? Yay düşərgələrinin təşkili ideyasını necə qiymətəndirirsiniz?

-Müxtəlif ölkələrdə yaşayan azərbaycanlı gənclərin Azərbaycana- Yay düşərgəsinə dəvət olunması çox gözəl fikirdir, təqdirəlayiq addımdır. Mənim düşərgəyə dəvət olunan gənclərlə bağlı subyektiv bir fikrim var. Onların müəyyən müddətdə düşərgədə qalması üçün onsuz da xərc çəkilir. Əminəm ki, onlar öz biletlərini özləri ala bilərlər. Ümumiyyətlə, düşərgənin keçirilməsi üçün qeyri-adi, yüksək standartlara malik məkanın seçilməsinə də ehtiyac yoxdur. Bu gənclər Azərbaycana-öz ata-baba yurdlarına gəlirlər. Gənclər üçün dəniz kənarında və ya meşələrdə “kampinq” təşkil etmək və onları müxtəlif proqramlara cəlb etmək olar. Məsələn, qaldıqları ərazinin təmizlənməsi, tarixi abidələrin otdan təmizlənməsi və s. Gəncləri “qonaq” kimi qarşılamaq və yola salmaq əvəzinə, onlara birlikdə işləməyi, birlikdə əylənməyi öyrətsək daha yaxşı olar. Onlar Azərbaycandan ayrılanda özlərindən sonra bir iz qoymalıdırlar və bunu özlərinə şərəf bilməlidirlər. Avropada və ya dünyanın başqa yerlərində böyüyən gənclər Azərbaycana gedəndə burdakı mədəniyyəti də özləri ilə aparırlar. Gənclərə sərbəstlik vermək lazımdır. Bir daha qeyd edirəm ki, bu mənim subyektiv fikrimdir. Bir də fikrim belədir ki, xaricdə təhsil alan azərbaycanlı tələblərlə xaricdə yaşayan azərbaycanlı gənclər arasında fərq qoyulmalıdır. Bunları qrup şəklində ayırmaq olar. Xaricdə oxuyan gəncləri Avropa ölkələrindən birində bir araya gətirmək daha məqsədəuyğun olar. Xaricdə doğulub böyüyən gəncləri isə Azərbaycana dəvət etmək doğru addımdır.

Siz də Azərbaycandan uzaqda 2 övlad böyüdürsünüz. Əminəm ki, övladlarınız da sizin qədər vətənpərvərdirlər. Bununla bağlı ata kimi şəxsi təcrübənizi bizimlə bölüşə bilərsiniz?

-Mənim iki övladım var. Öz övladlarımın timsalında deyə bilərəm ki, uşaqlarla, gənclərlə ana dilimizdə-Azərbaycan dilində danışmaq çox önəmlidir. Dil xalqın köküdür. Azərbaycan dilində danışanda uşaqlarımız də azərbaycanlı olduğunu unutmur. İsveçrədə öz ana dilində danışan, öz mədəniyyətinə yaxşı bələd olan insanlara hörmətlə yanaşılır. Əks təqdirdə, heç bir isveçrəlidən hörmət gözləmək olmaz. Mədəniyyətini, keçmişini unudan insanı heç bir Avropa ölkəsində “alqışlamırlar”. Biz də evdə azərbaycanca danışmağa çalırıq. Uşaqlarımız azərbaycanlı olduğunu həmişə qürurla deyir. Oğlum balaca olanda sinif yoldaşlarından birinin ona isveçrəli olmadığını deməsi ona pis təsir etmişdi. Biz onu başa saldıq ki, elə olanda de ki, azərbaycanlıyam və bununla qürur duyuram. O hadisədən sonra oğluma qarşı uşaqların fikri yaxşı mənada dəyişdi və ona hörmətlə yanaşmağa başladılar. Mən özüm də hər yerdə azərbaycanlı olduğumu mütləq vurğulayıram. Bizim utanmağa, çəkinməyə hec bir səbəbimiz yoxdur.

Avropada doğulan və ya orda böyüyüb başa çatan gənclər həmin cəmiyyətlərə nə qədər yaxşı inteqrasiya etsələr, gələcəkdə Azərbaycan həqiqətlərini, Qarabağla bağlı reallığı çatdırmaq bir o qədər asan olar. Azərbaycanlılar, əsasən də gənclər Avropa cəmiyyətinə yetərincə inteqrasiya edə biliblərmi?

-Avropada belə bir tendensiya var. Əgər sizin əsliniz həmin ölkədən deyilsə, sizi “gəlmə” hesab edirlər. Ona görə də azərbaycanlı uşaqlar adətən özləri kimi sonradan Avropaya gələn ailələrin uşaqları ilə dostluq edirlər. Bu zaman da gənclərin Avropa cəmiyyətinə inteqrasiya olunmasında ciddi problemlər olur. Belə olduqda, azərbaycanlı gənclər özlərini daim yad hiss edirlər. Bu, gələcəkdə onların yaxşı karyera qurmasına mane olur. Ailədən çox şey asılıdır. Əksər ailələr xaricə gələndə əsasən öz sənəti üzrə iş tapa bilmir və uşaqlarına çox vaxt ayıra bilmirlər. Beləcə nəinki özləri, hətta uşaqları cəmiyyətə yaxşı inteqrasiya edə bilmir. Amma peşəsi üzrə işləyənlər, yaxşı qəliri, müəyyən çevrəsi olanlar, dili yaxşı bilənlər cəmiyyətə daha yaxşı inteqrasiya edə bilir. Cəmiyyətə yaxşı inteqrasiya edə bilmiş insanın Azərbaycanı tanıtmaq üçün də imkanları da çox olur. Bu, bir insanın məskunlaşdığı ölkədən, ailədən və uşaqların özlərindən asılıdır. Onu da qeyd edim ki, insanın özündə də istək olmalıdır.

Qasım bəy, usanmadan Azərbaycanımızı təbliğ etməyə çalışdığınız üçün, vətəndən uzaqda Vətəni unutmadığınız üçün çox sağ olun, var olun. Şəxsi işlərinizdə, ölkəmizin haqq səsinin dünyaya çatdırılmasında sizə uğurlar arzu edirəm.

-Mən də sizə təşəkkür edirəm və işlərinizdə uğurlar arzulayıram.

Dövlət katibi: Rumıniya Azərbaycanla enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün danışıqları bərpa etmək istəyir
Dövlət katibi: Rumıniya Azərbaycanla enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün danışıqları bərpa etmək istəyir
“Abşeron” layihəsinin dayaq blokları hazırdır
“Abşeron” layihəsinin dayaq blokları hazırdır
“Qarabağ” yatağının yuxarı modulunun dizaynı hazırlanır
“Qarabağ” yatağının yuxarı modulunun dizaynı hazırlanır
Loading Bars
Xəbər lenti
PAŞA Bank ailəsinə qoşulun!
Ağdaşda ictimai nəqliyyatda tibbi maska taxmayan sürücü və sərnişinlər cərimələnib (FOTO)
Hindistanda avtobus yandı - Ölənlər var
İcra hakimiyyəti Nərimanovda inşa edilən futbol meydançasının tikintisini dayandırıb (FOTO)
Karantin qaydalarını pozaraq Qubaya gələn 7 nəfər məsuliyyətə cəlb olundu
Pərvin Kərimzadə: “Qarabağ” dayaq blokunun istifadəyə verilməsi mühüm hadisədir
Kürdəmirdə "Mercedes" traktora çırpılıb, ölən var
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının tərkibi təsdiq edildi - SƏRƏNCAM
Çindən gələn nümayəndə heyəti videokonfrans keçirdi (FOTO)
Şotlandiyada qatar relsdən çıxaraq yanıb (FOTO)
Xəzərin mühafizəsi ilə bağlı növbəti aksiya keçirildi (FOTO)
Neftçalada karantin qaydalarını pozaraq yas mərasimi keçirənlər cərimələnib (FOTO)
ÜST: Rusiyadakı peyvəndlə bağlı aparılan sınaqların təfərrüatı nəzərdən keçiriləcək
Təhsil Nazirliyi: Məktəblərə tədrisin təşkili ilə bağlı heç bir təlimat verilməyib
Baş Prokurorluq on altı yaşına çatmayan şəxsə zor tətbiq edilməsi ilə bağlı məlumat yaydı
Məktəblərdə bir dərs 35 dəqiqə, tənəffüs müddəti isə 10 dəqiqə olsun - TƏKLİF
Prezident İlham Əliyev Bakıya gətirilmiş TX modelli yeni "London taksi"ləri ilə tanış olub (FOTO)
I, V, IX siniflər üçün həftədə üç, X və XI siniflər üçün dərslər tam onlayn qaydada keçirilsin - TƏKLİF
190 manat almaq üçün 278 min şəxsin siyahısı aidiyyəti banklara göndərilib - Nazirlik
Paris marafonu koronavirusa görə ləğv olunub
Pandemiyadan zərər çəkmiş bu şəxslərə təkrarən yardımların verilməsinə başlanıldı
DANX: Sərnişindaşımanın bərpası yalnız Operativ Qərargahın qərarından sonra bəlli olacaq
Azərbaycanda qızıl və gümüş kəskin ucuzlaşdı
Bu sərəncam sadəcə hərb tariximizə deyil, həm də ümumbəşəri dəyərlərə verilən ən yüksək qiymətdir - Cəlil Xəlilov
Balakəndə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanıldı (VİDEO)
Hikmət Hacıyev: Ermənistanın Milli Təhlükəsizlik Strategiyası sanki saxta tarix dərsliyidir
İranda sutka ərzində koronavirusdan 188 nəfər ölüb
Mədəniyyət nazirinin yeni müşaviri təyin edilib
“Barselona”nın futbolçusu koronavirusa yoluxub
8027 obyektdə sanitar-epidemioloji tələblər pozulub
Ötən gün yol qəzalarında 5 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Sabah Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq
Avstraliyada koronavirusdan gündəlik ölüm sayı rekord həddə çatıb
Avtobus sürücüsü ehtiyatsızlıqdan iş yoldaşını vurub öldürdü
"Gələcəyimiz gənclərdir" festivalı baş tutub (FOTO)
Salyanda narkotik bitki əkib-becərən şəxs saxlanılıb (FOTO/VİDEO)
Biləsuvarda sanitar-karantin qaydalarını pozan 35 nəfər cərimə edilib
DİM imtahan verəcək abituriyentlərə müraciət etdi
Rusiyada koronavirusa yoluxanların sayı 900 min nəfəri keçdi
“Twitter”də yeni funksiya işə düşüb
Ceyhun Bayramov: Biz münaqişənin siyasi yolla, danışıqlarla həll edilməsi tərəfdarıyıq
Bu il sosial ödənişlər 707 milyon manat artıb
Azərbaycan neftinin qiymətləri dəyişib
Ceyhun Bayramov: Türkiyə-Azərbaycan əməkdaşlığı regionun inkişafına da xidmət edir
Türkiyə Milli Müdafiə naziri və Baş Qərargah rəisi Azərbaycana gəlir
Salyanda sanitar-karantin qaydalarını pozan 12 nəfər cərimə edilib (FOTO/VİDEO)
Zaqatalada evdə nişan mərasimləri keçirənlər cərimələnib (VİDEO)
MİDA-nın keçirdiyi mənzillərin elektron satışı şəffaflığın təmin edilməsi baxımdan vacibdir - Ekspert
Buraxılış imtahanında iştirak etməyənlərin qəbul imtahanında iştirakına icazə verildi
Ceyhun Bayramov "CNN Türk"ə Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribat barəsində danışıb
9 hakimin fəaliyyətinə xitam verilib (VİDEO)
Ermənistanda fövqəladə vəziyyət daha bir ay uzadıldı
24 subartezian quyusunun qazılmasına 756 min manat ayrılıb - SƏRƏNCAM
Baş Prokurorluq sosial şəbəkələrdə yayılan işgəncə fotoları ilə bağlı məlumat yayıb
Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub (FOTO)
Sabah 19197 abituriyent qəbul imtahanı verəcək
Pekin aeroportlarında 600-dək reys təxirə salınıb
Ermənistanda 201 yeni yoluxma qeydə alınıb
Narkotik becərən şəxs “iş başında” saxlanıldı (FOTO)
Türkiyədə baş verən zəlzələ Naxçıvanda hiss edilib
Mədəniyyət Nazirliyinin şöbə müdiri işindən ayrılıb (FOTO)
Ceyhun Bayramov Türkiyə televiziyasına müsahibə verib
Monqolustanda bubon taunundan ikinci ölüm qeydə alınıb
Pirşağı qəsəbəsinin bütün küçələri təmir edilir (FOTO)
Bu gün Gürcüstandan daha 74 Azərbaycan vətəndaşı ölkəyə gətiriləcək
Dünya bazarlarında ən çox bahalaşan məhsullar açıqlanıb
Cəlilabadda karantini pozan kafe aşkarlandı
İmişlidə bıçaqlanma olub: 1 ölü, 1 yaralı
Azərbaycanda kəhrizlərin 332-si erməni işğalı altındadır - İnstitut direktoru
Cənubi Koreyada güclü yağışlar 33 nəfərin ölümünə səbəb olub
BNA: Hazırda gün ərzində 1.600.000-dən artıq sərnişin səfər sayı qeydə alınır
Braziliyada bir gündə koronavirusdan 1 274 nəfər ölüb
İsmayıllıda tarixi abidə və sənət nümunələri tapılıb (FOTO)
Ermənistan atəşkəsi 35 dəfə pozdu
Azərbaycanda yaşı 15-dən çox olan əhalinin 15,2 faizi siqaret çəkir
Avqustun 12-də xarici valyutaların manata qarşı məzənnələri
"Google" ən geniş zəlzələ xəbərdarlığı şəbəkəsini yaratmağı planlaşdırır
Türkiyədə 4,4 bal gücündə zəlzələ olub
Mingəçevirdə birmərtəbəli evdə yanğın olub, xəsarət alan var
Qazaxıstanda daha 691 nəfər koronavirusa yoluxub
İsrail Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib
"Comex" birjasında qızılın qiyməti düşüb
İsraildə koronavirusa yoluxanların sayı 86 min nəfəri ötüb
Bağdadın "yaşıl zona"sı raket hücumuna məruz qalıb
Moskvada bir sıra aviareys ləğv edilib
"Şaxtyor" və "Sevilya" Avropa Liqasının yarımfinalına yüksəliblər
Beyrutda toqquşmalar zamanı 42 nəfər xəsarət alıb
Moskvada koronavirusdan ölənlərin sayı 4 611 nəfərə çatıb
Batma təhlükəsi ilə üzləşən 12 nəfər xilas olunub
Bayden ABŞ vitse-prezidenti vəzifəsinə namizəd seçib
ÜST dünyada koronavirusla bağlı son statistikanı açıqlayıb
“Hədəf” də gündəmin ən aktual mövzuları təhlil olunub (FOTO)
Paytaxtda 1 nəfər liftin şaxtasına yıxılaraq xəsarət alıb
Beyrutda baş vermiş partlayışda ölənlərin sayı artıb
PAŞA Bank əməkhaqqı kart sahibləri üçün “Rahat-Yol” kartlarına 20% endirim!
Beynəlxalq Gənclər Gününə həsr olunmuş konfransda Azərbaycan həqiqətləri Avropa Gənclərinin diqqətinə çatdırıldı (FOTO)
Sosioloq: Bayramlaşmaya aid bəzi davranış və rituallar gələcəkdə dəyişikliyə məruz qala bilər
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı
Türkiyədə koronavirusdan sağalanların sayı 226 min nəfəri ötüb
Dövlət Komitəsi sosial şəbəkədə tənqid olunan uşaq ədəbiyyatı ilə bağlı açıqlama yaydı
Bütün xəbərlər