...

MTRŞ-nın videoformatda iclası keçirilib

Cəmiyyət Materials 4 Avqust 2020 18:05 (UTC +04:00)
MTRŞ-nın  videoformatda iclası keçirilib

Bakı. Trend:

Milli Televiziya və Radio Şurasının (MTRŞ) videoformatda iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda 20 – 31 iyul 2020-ci il tarixlərində ümumölkə televiziya kanallarının monitorinqinin nəticələri müzakirə olunub.

23 iyul 2020-ci il tarixdə “Space” televiziya kanalının efirində saat 19.00 – 20.00 arası müddətdə 20 dəqiqə 48 saniyə reklam yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulmuşdur. Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “Space” televiziya kanalının efirində 10 avqust 2020-ci il tarixdə proqramların yayımının 3 saatlıq müddətədək (saat 08:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti