...

“Yüksəliş” müsabiqəsi Azərkosmos ASC-nin sədrinin təqdimatında "Liderlik və özünüidarəetmə" mövzusunda vebinar təşkil edib

Cəmiyyət Materials 25 Sentyabr 2020 17:50 (UTC +04:00)

Bakı. Trend:

Sentyabrın 25-də “Yüksəliş” müsabiqəsinin İşçi Qrupu tərəfindən növbəti vebinar keçirilib. Vebinarda müsabiqənin İdarəçi Rəhbərlər heyətinin üzvü, Azərkosmos Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyev "Liderlik və özünüidarəetmə" mövzusunda təqdimatla çıxış edib.

Trend-in məlumatına görə, Azərkosmos ASC-nin sədri vebinar iştirakçılarına liderliyə xas bacarıqların, peşəkarlığa doğru gedilən yolda gələcək idarəçilərin mütəxəssis kimi yetişməyində xarakterin, özünüidarəetmə xüsusiyyətlərinin formalaşdırılmasından danışıb. O bildirib ki, idarəçinin özünü tanımağı, analiz etmək qabiliyyəti onun uğurlu idarə metodikasına əsas təsiredici amillərdəndir. Rəşad Nəbiyev, həmçinin “ən peşəkar hesab etdiyimiz idarəçilərin də özlərindən yaşlı, çalışdığı işdə özündən təcrübəli mentorlara ehtiyacı var”, - deyə vurğulayıb. O, həm də bildirib ki, müasir dövrdə texnoloji yenilikləri sürətli mənimsəyən, emosional intellektə malik, bunu işində peşəkarlıqla tətbiq edən işçilərin də komandaya cəlb edilməsi, bu insanların dürüst dəyərləndirilməsi uğurlu idarəçi üçün vacib keyfiyyətlərdir.

Vebinar iştirakçılarla qarşılıqlı müzakirə formatında aparılıb, dinləyicilərin sualları cavablandırılıb.

Qeyd edək ki, müsabiqənin İşçi Qrupu davamlı olaraq idarəçi rəhbərlərin təqdimatında vebinarların təşkilini nəzərdə tutur.

“Yüksəliş” müsabiqəsi cənab Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti