...

Mətbuat Şurasının sədri: Ermənistanda media üzərində senzura tətbiqinə başlanılıb

Cəmiyyət Materials 9 Oktyabr 2020 14:34 (UTC +04:00)
Mətbuat Şurasının sədri: Ermənistanda media üzərində senzura tətbiqinə başlanılıb

Bakı. İlhamə İsabalayeva - Trend:

"“Novaya qazeta”nın müxbiri İlya Azarın Dağlıq Qarabağda Ermənistanın hərbi fiaskosunun müxtəlif elementlərini əks etdirən reportajı ilə tanış olmuşdum. Həmin reportaja görə Ermənistanın jurnalistlə bağlı tədbir görəcəyi gözlənilən idi və bu hadisə baş verdi".

Bunu Trend-ə Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

O bildirib ki, bu yazıya görə İlya Azarın Ermənistanın Xarici İşlər Nazirliyindəki akkreditasiyası ləğv edilib:

"Ermənistan daxilindəki proseslər onu göstərir ki, ölkədə tam xaos yaşanır. Baş naziri Nikol Paşinyan isə cəbhədəki məğlubiyyətdən doğan bu xaosu inzibati yollarla aradan qaldırmaq istəyir. Məlum olduğu kimi, o, hərbi vəziyyətin sərtləşdirilməsinə dair qərar verib".

Ə.Amaşov qeyd edib ki, bu qərara əsasən Ermənistanda faktiki olaraq media üzərində senzura tətbiqinə başlanılıb. “Novaya qazeta”nın müxbirinin akkreditasiyasının ləğvi də sırf senzura əhəmiyyəti daşıyır:

"Paşinyan düşünür ki, ölkəsinin hərbi sahədəki uğursuzluğunun Ermənistan cəmiyyətində əks-səda doğurmasının qarşısını alacaq. Ona görə sərt tədbirlərə, o cümlədən senzuraya əl atır. Ancaq hesab edirəm ki, bu sayaq gedişlər heç bir fayda verməyəcək. Əksinə tam iflasa aparacaq".

MŞ sədri əlavə edib ki, artıq Ermənistan cəmiyyətində hakimiyyət böhranının kifayət qədər ciddi elementləri özünü göstərməyə başlayıb və zaman keçdikcə vəziyyət daha da gərginləşəcək.

“Novaya qazeta”nın müxbiri İlya Azarın akkreditasiyasının ləğvi həm də onun göstəricisidir ki, Paşinyan administrasiyası öz məqsədləri üçün demokratik prinsiplərə meydan oxuyan təbiətə malikdir. Bu cəhət Paşinyanın hakimiyyətə gələrkən məharətlə imitasiya etdiyi demokratizm ab-havasına zidd təmayüldür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti