...

“Vikipediya”da türk dünyası ilə bağlı məqalələrin zənginləşdirilməsi davam edir

Cəmiyyət Materials 12 Noyabr 2020 19:45 (UTC +04:00)

Bakı. Trend:

“Türk dünyası “Vikipediya”da adlı layihə uğurla davam edir. Belə ki, “Vikipediya”da türk dünyası ilə bağlı məqalələrin zənginləşdirilməsinə, yerləşdirilməsinə və yeni-yeni məlumatların yaradılmasına başlanılıb.

Trend-in məlumatına görə, bu barədə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini, “Türk dünyası ağsaqqalları“ qəzetinin baş redaktoru Ramin Əhmədov məlumat verib.

R.Əhmədov bildirib ki, könüllülər tərəfindən türk dünyasının tarixini, mədəniyyətini, ədəbiyyatını, memarlığını əhatə edən məqalələr yaradılıb. “Kitabi-Dədə Qorqud” kollokviumu, Qızıl Orda xanı Canı bəyin anası Taydula Xatunu korluqdan necə xilas etməsindən bəhs edən “Orda” filmi (2012), Kubanda Noğay üsyanı, Xumar qala, Kalmık əsilli görkəmli Mariya Kirbasova, Ayuka xan, Qarluq xaqanlığı haqqında “Vikipediya”nın Azərbaycan dili bölməsində məqalələr yaradılıb. Məqsədimiz türk dünyasını əhatə edən məqalələri elektron resursda zənginləşdirmək və cəmiyyətimiz üçün müvafiq sahədə informasiya bazasını genişləndirməkdir. Gələcək fəaliyyətimiz davamlı və sistemli şəkildə olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti