...

Azərbaycanlı alimlər dünyanın ən nüfuzlu elm adamları siyahısına daxil edilib

Cəmiyyət Materials 23 Noyabr 2020 15:53 (UTC +04:00)
Azərbaycanlı alimlər dünyanın ən nüfuzlu elm adamları siyahısına daxil edilib

Bakı. İlhamə İsabalayeva - Trend:

ABŞ-ın Stanford Universitetinin mütəxəssisləri tərəfindən “Dünyanın ən nüfuzlu elm adamları”nın siyahısı tərtib olunub. Siyahıya azərbaycanlı alimlərin də adları daxil edilib.

Azərbaycan Milli Elmlər Akademiyasından Trend-ə verilən məlumata görə, siyahı elmi istinad indeksi istifadə edilərək, dünyadakı elm adamlarının fəaliyyətinin qiymətləndirilməsi məqsədilə hazırlanıb.

Qiymətləndirmənin nəticəsi olaraq dünya üzrə müxtəlif ixtisasda 159 min 684 alimin adı “Plos biology” jurnalında nəşr olunub.

Siyahıya daxil edilən doqquz azərbaycanlı elm adamından dördü Türkiyədə fəaliyyət göstərir. Onlar Türkiyənin “Süleyman Dəmirəl Universiteti”nin inşaat mühəndisliyi bölümünün müəllimi Abdullah Sofiyev, “Orta Doğu Teknik Universiteti”nin fizika bölümünün müəllimi Təhmasib Əliyev, “Çanaqqala Onsekiz Mart Universiteti”nin müəllimi İsrafil Hüseynov və “Yıldız Teknik Universiteti”nin mexanika mühəndisliyi bölümünün müəllimi Surxay Əkbərovdur.

Qeyd edək ki, professor İsrafil Hüseynov vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti