...

Ötən gün Xocavənddə şəhid olan əsgərimiz iki medal ilə təltif edilmişdi (FOTO)

Cəmiyyət Materials 28 Dekabr 2020 11:47 (UTC +04:00)
Ötən gün Xocavənddə şəhid olan əsgərimiz iki medal ilə təltif edilmişdi (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Ötən gün Azərbaycanın Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum edib.

Trend-in məlumatına görə, nəticədə bir nəfər hərbi qulluqçumuz, əsgər Qənbərov Elmir Rayil oğlu şəhid olub, əsgər Əliyev Emin Süleyman oğlu isə yaralanıb.

Erməni təxribatı nəticəsində şəhid olan 1982-ci il təvəllüdlü Qənbərov Elmir Rayil oğlu bir neçə gün öncə Füzuli və Cəbrayılın işğaldan azad olunmasına görə mədalı ilə təltif edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti