...

Bu günə qədər “ASAN xidmət” mərkəzlərinə 7 281 743 vətəndaş müraciət edib

Cəmiyyət Materials 12 Fevral 2021 17:32 (UTC +04:00)
Bu günə qədər “ASAN xidmət” mərkəzlərinə 7 281 743 vətəndaş müraciət edib

Bakı. Samir Əli - Trend:

“ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 300-dən çox xidmət göstərilir. “ASAN Kommunal” mərkəzlərində isə “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB tərəfindən 55 növ xidmət göstərilir.

Bunu Trend-ə açıqlamasında Prezident yanında Vətəndaşzlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib.

Onun sözlərinə görə, bu günədək “ASAN xidmət” mərkəzlərinə 7 281 743 unikal vətəndaşın 41 milyondan artıq müraciəti daxil olub. Keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,5 % təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti