...

Bakıda ağacların dibi asfaltdan təmizlənib (FOTO)

Cəmiyyət Materials 5 Mart 2021 15:59 (UTC +04:00)
Bakıda ağacların dibi asfaltdan təmizlənib (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 106 A ünvanında ağacların dibinin asfaltlanması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən araşdırılıb.

Trend-in məlumatına görə, Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı məlum olub ki, 6 saylı Regional Yol İstismar İdarəsi tərəfindən səkinin asfaltlanması zamanı oradakı ağaclar nəzərə alınmayıb və onların ətrafı tamamilə asfaltlanıb: “Ağacların dibinin asfaltdan təmizlənməsi və onlara aqrotexniki xidmətin göstərilməsi məqsədilə 6 saylı Yol İstismar İdarəsinə məcburi göstəriş verilib”.

V.Cavadov qeyd edib ki, hazırda Yol İstismar İdarəsinin əməkdaşları tərəfindən ağacların dibi təmizlənir və onlara aqrotexniki xidmət göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti