...

Bütün məhbuslara azadlıq arzu edirəm - Əfv olunan məhkum

Cəmiyyət Materials 19 Mart 2021 12:01 (UTC +04:00)
Bütün məhbuslara azadlıq arzu edirəm - Əfv olunan məhkum

Bakı. Ceyhun Ələkbərov - Trend:

Cənab Prezident İlham Əliyevə bu cür humanist addımına görə öz təşəkkürümü bildirirəm.

Bunu jurnalistlərə açıqlamasında bu gün əfv olunan keçmiş məhbus Ruslan Nüsrətov deyib.

Onun sözlərinə görə, 7 il həbs cəzası alsa da, 2 il 3 ay tez buraxılıb:

“Prezidentin imzaladığı əfv sərəncamı mənə də şamil olundu. 2016-cı ildə yol nəqliyyat hadisəsinə görə, həbs olunmuşdum. Prezidentin humanist addımı sayəsində bu gün azadlığa çıxdım. Bütün məhbuslara azadlıq arzu edirəm”.

Qeyd edək ki, Prezident İlham Əliyevin martın 18-də imzaladığı əfv Sərəncamı 625 məhbusa şamil olunub. Onlardan 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 3 nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 2 nəfər cəzadan azad edilib, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 3 nəfər cəzadan azad edilib.

Həmçinin sərəncamla azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 9 nəfər, islah işləri cəzasına məhkum olunmuş 12 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum olunan 23 nəfər isə cəzadan azad edilib.

Sərəncam 6 xarici ölkədən 23 şəxsə də şamil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti