...

Şəhid Şəhriyar Qasımovun xatirəsinə həsr olunmuş tədbir keçirilib (FOTO/VİDEO)

Cəmiyyət Materials 10 İyun 2021 21:33 (UTC +04:00)
Şəhid Şəhriyar Qasımovun xatirəsinə həsr olunmuş tədbir keçirilib (FOTO/VİDEO)

Bakı. Trend:

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarını tanıtdırmaq məqsədilə - “Şəhidlər ölməz, Vətən bölünməz!” adlı tədbirlər silsiləsindən Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan çavuş Şəhriyar Qasımovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşları, şəhidin ailə üzvləri, döyüş yoldaşları, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər şəhid Ş.Qasımovun ömür yolundan, Aprel döyüşlərində iştirakından, Vətən müharibəsinə könüllü qoşularaq döyüşlərdə göstərdiyi şücaətdən danışıb.

Şəhidin atası Vəzir Qasımov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.

Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin ifasında hərbi vətənpərvərlik mövzusunda musiqilər səsləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti