...

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 4 İyul 2021 18:40 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 52 317 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23 214, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29 103 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 792 764, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 345 077, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 447 687 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti